Kriminal 

Bakıda gözəllik salonundakı qətllə bağlı cinayət işi başlanıldı, saxlanılan var – RƏSMİ

Mayın 28-də saat 13 radələrində 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Nurana Qədimovanın işlədiyi Ramana qəsəbəsində yerləşən gözəllik salonunda bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Rayonun prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin əri 1973-cü il təvəllüdlü Rüstəm Qasımov tərəfindən qısqanclıq zəminində…

Read More
Kriminal 

Bakıda qardaş qardaşı BIÇAQLADI

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ “Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1979-cu il təvəllüdlü Niyaməddin Həsənov kiçik qardaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı onun boyun və qarın boşluğunda kəsilmiş-deşilmiş yaralar aşkarlanıb. N.Həsənov cərrahi əməliyyat olunub. İlkin məlumata görə, hadisəni törədən şəxs sərxoş imiş. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Gəncədə atasının qisasını alan şəxs ömürlük azadlıqdan məhrum edildi – VİDEO

2019-cu il iyunun 17-si saat 8 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının bazarında ağır cinayət törədilib. Bazarda satıcı işləyən Sadıxlı kənd sakinləri – Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilova odlu silahla qətlə yetirilib, daha üç nəfər isə ağır yaralanıb. Hadisə zamanı ayağından güllə yarası alan 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayevin ayağı amputasiya olunub. Araşdırma zamanı ağır cinayəti rayonun Sadıxlı kənd sakini 25 yaşlı Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun…

Read More
Kriminal 

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Xatırladaq ki, mayın 26-da saat 8:00 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda…

Read More
Kriminal 

Bakıda 40 yaşlı kişi küçədə ürəyindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayonun Şağan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Azər Məmmədov küçədə ürəyindən bıçaqlanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Əli Abdullayev saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.Trend

Read More
Kriminal 

Bakıda yeznə qaynını bıçaqladı

Report”un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü İbişov Zahid Tofiq oğlu yeznəsi tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol said nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Z.İbişov əməliyyat olunub.

Read More
Kriminal 

Yeniyetmə dərsini oxumağa mane olan azyaşlı bacısını boğub öldürdü

Rusiyanın Başqırdıstan Respublikasında qız ozündən kiçik bacısını su dolu ləyəndə boğub. “RİA Novosti” xəbər verir ki, 11-ci sinifdə oxuyan qız yeddi yaşlı bacısını qətlə yetirib. Məlum olub ki, analarının valideynlik hüququ alınan uşaqlar xalalarının himayəsində yaşayıblar. Xalaları başqa əraziyə köçəndə onlar analarının rəfiqəsi ilə qalıblar. 17 yaşlı qız ona dərslərini oxumağa mane olan bacısını su dolu ləyəndə boğaraq öldürüb. Faktla bağlı (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq) cinayət işi başlanılıb. Hadisəni törətməkdə təqsirli bilinən məktəbli bir il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını evdə çəkəcək.

Read More
Kriminal 

Bakıda keçmiş məhkumlar arasında qanlı dava — DƏHŞƏTLİ QƏTLİN ANBAAN GÖRÜNTÜSÜ-(+18 VİDEO)

Xəzər rayonunda kafedə içkili vəziyyətdə məhkum yoldaşını qətlə yetirən Etibar Qəhrəmanovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, ittihama görə, qətl hadisəsi paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində baş verib. 1974-cü il təvəllüdlü Etibar Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Orucəli Xanzadəni bıçaqlayaraq qətlə yetirib. İstintaq araşdırması zamanı onların hər ikisinin əvvəllər məhkum olunduqları üzə çıxıb. Məlum olub ki, Etibarla Orucəli Xanızadə kafedə yeyib-içiblər. Keflənən dostlar sonra türmə xatirlərini danışmağa başlayıblar. Etibar ondan türmədə baş verənləri danışmamağı xahiş edib. Bildirib ki, başqa söhbət danış, içərini sən də görmüsən, mən də… Orucəli isə…

Read More
Kriminal 

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı – RƏSMİ

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb. Hazırda istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, hadisə mayın 26-da Masallı rayonunda baş verib. Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov həyətinə gələrək,…

Read More