Kriminal 

Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər tutuldu – FOTO

Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı rayon ərazisində Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə saxlanılıb. Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib. Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında sərnişin qismində olan, Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz…

Read More
Kriminal 

Gənc oğlanı öldürən “cin çıxaran”lardan YENİ XƏBƏR

Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməklə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olmaqda təqsirləndirilən Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov məhkəmə hökmündən apelyasiya şikayəti veriblər. ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barələrində olan hökmün dəyişdirilməsini, onlara daha yüngül cəza təyin olunmasını istəyiblər. Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Məhəmmədəli Rzayevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası aprelin 29-na təyin olunub. Bakı Ağır…

Read More
Kriminal 

Saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanıldı

Masallıda dövlət qurumlarından birində mütəxəssis kimi işləməsi barədə saxta vəsiqə hazırlayaraq karantin qaydalarını pozmağa çalışan rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, Masallı rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılan zaman o, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib. Araşdırmalarla məlum olub ki, E. Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq…

Read More
Kriminal 

Ağcabədidə yeniyetmələr arasında bıçaqlaşma

Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli prospektində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəminində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub. S.Rüstəmov xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları tərəfindən K.İsmayılov saxlanılıb. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Gəncədə əxlaqsızlıq yuvası təşkil edən Vidadinin işi MƏHKƏMƏDƏ

Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham olunan Vidadi Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ demokrat.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Zaur Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 21-nə təyin olunub. İttihama görə, Vidadi Məhərrəmov Gəncə şəhərində əxlaqsızlıq yuvası təşkil edib. O, bir neçə qadından ibarət qarup yaradıb və onları ayrı-ayrı kişilərlə görüşməsini təşkil edib. Bunun müqabilində Vidadi Məhərrəmov maddi gəlir əldə edib. Polisin keçirdiyi əməliyyat nəticəsində Vidadi Məhərrəmov həbs edilib. Onun barəsində…

Read More
Kriminal 

Bakıda karantin qaydalarını pozan keçmiş məhkum özünə xəsarət yetirdi

Bakının Yasamal rayonunda xüsusi karantin rejimi qaydalarını pozan şəxs məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlbetmə) maddəsi ilə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Fizuli Əliyev polisin qanuni tələblərinə tabesizlik göstərərək, xüsusi karantin rejimi qaydalarını pozub və üzərində gəzdirdiyi kəsici alətlə özünə xəsarət yetirib. Yasamal Rayon Polis İdarəsində F.Əliyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 20 gün…

Read More
Kriminal 

Bakıda gözətçini döyə-döyə öldürən klinika sahibinin oğlu hakim qarşısına çıxarılır

Bakıda klinika gözətçisinin döyərək qətlə yetirməkdə təqsirləndirilən Həsən Rəhimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ bakupost-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il “Aristokrat” tibb mərkəzində baş verib. Klinikada gözətçi işləyən 58 yaşlı Muraz Nəbiyev ölüb. Onu klinikanın sahibinin oğlu 31 yaşlı Həsən Rəhimli döyüb. M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum…

Read More
Kriminal 

Azəbaycanda onlayn yolla narkotik satan şəxs tutuldu – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi barədə məlumat daxil olub. Bildirilib ki, narkotiklər Tərlan adlı şəxs tərəfindən götürülərək, satış məqsədilə respublikanın müxtəlif bölgələrinə aparılacaq. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin şəxs, Lənkəran sakini Tərlan Əhədov Sumqayıt şəhəri ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 137,114 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Sumqayıt şəhərində yerləşən evinə baxış zamanı 5 kiloqram 25 qram heroin, 800 ədəd metadon həbi, 365 qram tiryək, 89.482 qram metamfetamin, bir ədəd “Falcon sport” markalı…

Read More
Kriminal 

Qarabasma görən kişi üç dostunu qətlə yetirdi

Türkiyənin Konya şəhərində üç dostunu güllələyərək öldürən şəxs tutulub. Sondakika.com xəbər verir ki, 33 yaşlı Yusif Ö. həmyaşıdı Xəlil İbrahim Uzun və 37 yaşlı Yaşar Baki Uzun adlı əmisi oğullarını, həmçinin, 30 yaşlı Mehmet Əli Şefleki qətlə yetirib. O, ifadəsində arvadına dərman verərək, yatırtdıqdan sonra üç dostunun onu zorladıqlarını və bu səbəbdən də onları öldürdüyünü bildirib. Saxlanılan şəxsin 33 yaşlı həyat yoldaşı A.Ö. həmin şəxsləri tanımadığını deyib. Araşdırma zamanı Yusif Ö.-nün qarabasma gördüyü və qətli törədəndən bir gün əvvəl ailəsi tərəfindən xəstəxanaya aparıldığı, həkimin verdiyi antidepressantı qəbul edərək, evə qayıtdığı məlum olub.

Read More
Kriminal 

DİQQƏT! Xüsusi karantin rejimi zamanı bunu edənlər 3 ilədək həbs olunacaqlar – VİDEO

Aprel ayının 1-dən bu günədək avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. ARANTV.AZ baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Televiziyasının “Evdə qal” verilişində Bakı Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Şöbə rəisi bildirib ki, inzibati məsuliyyət İnzibati Xəttalara Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq tətbiq edilir. Həmin maddədə göstərilir ki, fiziki şəxslər karantin rejiminin pozulmasına görə, 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək cərimə olunur. Lakin fiziki şəxslərlə vəzifəli şəxslərin…

Read More