Kriminal 

Bərdədə qadın balta ilə qətlə yetirildi

Bərdə rayonunda qətl törədilib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb. Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.“Report”

Read More
Kriminal 

Azərbaycanda tanınmış narkobaron və oğlu güllələndi – FOTO

Yardımlıda ata və oğul güllələnib. ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün qeydə alınıb. Masallı rayon Eçara kənd sakini əmisi Şəmsəddin Kərimov və əmisi oğlu Niyaməddin Kərimovu ov tüfəngi ilə güllələyib. Ş. Kərimov hadisə yerindəcə ölüb, N.Kərimov hazırda əməliyyatdadır və vəziyyəti ağırdır. Hadisə torpaq üstə olub. Qeyd edək ki, Şəmsəddin Kərimov həbsxanada yeni çıxıbmış. Narkobaron kriminal aləmdə “Baron Şəmi” kimi tanınıb. Oxu.Az

Read More
Kriminal 

Azərbaycanda dəhşətli cinayətin üstü açıldı – 9 İL SONRA

9 il əvvəl Zaqatala şəhərində törədilmiş qətlin üstü açılıb. ARANTV.AZ xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl – 2011-ci ilin fevral ayında Zaqatala şəhərində yaşayan Seyran Eyyubovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakini P.İsmayılov saxlanılıb.Publika.az Araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Şirvanda boşanmaq istəyən arvadını amansızlıqla qətlə yetirən kişi: “Anamla eyni evdə yaşamaq istəmirdi”

“Xarakterimiz uyğun gəlmədi”. Bunu ilkin dindirilmə zamanı həyat yoldaşını öldürən Şirvan şəhər sakini – 1984-cü il təvəllüdlü Sahib Nağıyev deyib. Oxu.Az S.Nağıyevin həyat yoldaşı – 1986-cı il təvəllüdlü Pərvanə Nağıyevanı öldürməsinin təfərrüatları barədə bəzi məlumatları əldə edib. Qeyd edək ki, ağır cinayət hadisəsi məcburi köçkün ailəsində törədilib. Ağdam rayonundan olan Nağıyev Sahib İdris oğlu həyat yoldaşını boğub öldürəndən sonra mətbəx bıçağı ilə onun boğazını kəsib. Hadisədən sonra kişi övladlarını götürərək evi tərk edib. S.Nağıyev cinayət baş verən zaman evdə olan anasına bildirib ki, yeni mənzilinə baxmağa gedir. S.Nağıyev məcburi köçkün…

Read More
Kriminal 

Sumqayıtda ağır cinayətlər törədən “Əmioğlu” ləqəbli şəxs tutuldu – FOTO

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş “Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq zamanı həmçinin müəyyən edilib ki,…

Read More
Kriminal 

Şirvanda DƏHŞƏT: Kişi arvadının boğazını üzdü

Şirvan rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 26-da, saat 23:50 radələrində şəhərin Cənub Sənaye qovşağının inzibati binasında qeydə alınıb. Belə ki, Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Sahib Nağıyev Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Pərvanə Nağıyevanı əvvəl boğub, sonra mətbəxt bıçağı ilə boğazını kəsərək qətlə yetirib. Daha sonra S.Nağıyev hadisə barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Read More
Kriminal 

Şirvanda baş verən dəhşətli qətlin təfərrüatı: Sahib Pərvanəni də götürüb, evə qalxdı – VİDEO

Ötən gün Şirvan rayonunda dəhşətli qətl hadisəsi törədilib. Kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib. Hadisə Sənaye zonasında baş verib. 1984-cü il təvəllüdlü Nağıyev Sahib İdris oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı – Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Nağıyeva Pərvanə Vaqif qızını yaşadıqları mənzilin yataq otağında qətlə yetirib. O, həyat yoldaşını çarpayıda yatdığı halda boğaz nahiyəsinin əsas damarını bıçaqla kəsib. Çox qan itirən Pərvanə Nağıyeva hadisə yerində ölüb. Pərvanə Nağıyeva 2 uşaq anası olub. Qətlin hansı səbəbdən baş verdiyi araşdırılır. Sahib Nağıyevin anası bildirib ki, hadisə zamanı o evdə olub: “Saat 8-9…

Read More
Kriminal 

Azərbaycanda daha bir dəhşətli cinayət: Kişi keçmiş arvadını öldürüb, evi yandırdı

Salyanda yanğın hadisəsi törədilib. ARANTV.AZ xəbər verir ki, hadisə Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb. Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.  Report

Read More
Kriminal 

Azərbaycanda 3 nəfərin güllələnməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI – Zorladığı QIZLA AİLƏ QURUBMUŞ

Bu gün Masallı rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Publika.az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd kəndində qətlə yetirilən şəxslərin adları məlum olub. Belə ki, kənd sakini Ağayev Sərxan Azayxan oğlu avtomatla yaşadığı evin həyətində həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını qaynı, 1995-ci il təvəllüdlü Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zemfira Ələsgər qızını güllələyib. O, daha sonra avtomatla öz sifət nahiyəsinə atəş açıb. Miralim və Alimə aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdirilib və orada keçiniblər. Sarvan Ağayevin vəziyyətinin kritik…

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Kişi avtomatla arvadını, qaynını və qayınanasını güllələyib, özünü vurdu

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, Masallı rayon Təzəkənd sakini ailə münaqişəsi zəminində avtomatla həyat yoldaşını, qaynını və qayınanasını güllələyib. Daha sonra əlindəki silahla özünə atəş açıb. Hadisə zamanı hadisəni törədən şəxsin həyat yoldaşı və qaynı yerindəcə keçinib. Qayınanasının vəziyyəti isə ağırdır. Hadisəyə həyat yoldaşının ondan boşanmaq istəməsi olub. Məlumata görə, qadının yaxınları evdən mebellərini aparmağa gəliblərmiş.Baku.ws

Read More