Kriminal 

“Araz market”də bıçaqlanma

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub. ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən “Araz market”dən oğurluq etmək istəyən naməlum şəxsi mağazanın mühafizəçisi Elvin Muxtarov saxlamaq istəyib. Bu zaman naməlum şəxs mühafizəçinin qoluna bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda supermarket əməkdaşını iş başında bıçaqladılar

Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub. Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən “Araz market”dən oğurluq etmək istəyən naməlum şəxsi mağazanın mühafizəçisi Elvin Muxtarov saxlamaq istəyib. Bu zaman naməlum şəxs mühafizəçinin qoluna bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb. Faktla bağlı araşdırma aparılır.(Report)

Read More
Kriminal 

Bakıda villada qanlı hadisə – CİNAYƏT İŞİ AÇILDI

Bakıda gözətçi bıçaqlanıb. Hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində baş verib. Şirvan şəhər sakini 1995-ci il təvəllüdlü Paşayev Elvin Elçin oğlu adıçəkilən yaşayış massivindəki villalardan birinə gələrək orada gözətçi işləyən qohumu, Sabirabad rayon sakini, 1980-cı il təvəllüdlü Qayıbov Pənah Şükür oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda E.Paşayevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.(Trend)

Read More
Kriminal 

Bakıda şadlıq sarayının qarşısında qan töküldü: Üç qardaş bıçaqlandı

Bakıda şadlıq evinin qarşısında üç qardaş bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Tərlan” şadlıq sarayının qarşısında baş verib. Hadisə nəticəsində şəhər sakinləri – 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.APA

Read More
Kriminal 

Bakıda mübahisələr qanlı bitdi: İki nəfər bıçaqlandı

Xəzər rayonunda iki bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisələrdən biri Südçülük sovxozunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Sadıqov Cavid Sevindik oğlu naməlum şəxslərlə mübahisə edib. Əlbəyəxa davaya çevrilən mübahisə zamanı C.Sadıqov qarın nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Digər hadisə isə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb. Massivdə mühafizəçi işləyən 1980-ci il Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə…

Read More
Kriminal 

Xaçmazda 27 yaşlı gənc bıçaqlandı

Xaçmaz rayonunda 27 yaşlı gənci bıçaqlamaqda təqsirli bilinən Xəyyam Sənəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materiallarıbaxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Xaçmazın Qədmalıqışlaq kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Ağamirov Saleh Ənvər oğlu bıçaqlanıb. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən Quba rayon sakini Xəyyam Sənəliyev tutulub. X.Sənəliyevə Cinayət Məcəlləsinin 126.1-ci (ümumi təhlükəli üsulla, xuliqanlıq…

Read More
Kriminal 

Bakıda 24 yaşlı oğlan çay evində bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən “Çardaq” çay evində qeydə alınıb. İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu çay evində tanımadığı şəxslə mübahisə edib. Mübahisə zəminində həmin şəxs R.Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Read More
Kriminal 

Gəncədə 68 yaşlı kişi ev tikmək istəyən qonşusunu güllələyib öldürdü

Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Akif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası mart ayının 2-nə təyin olunub. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Gəncə şəhərində, “Depo” adlanan ərazidə baş verib. Belə ki, ev tikintisi zamanı 1952-ci il təvəllüdlü Akif İsrəfil oğlu Hüseynovla 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov arasında torpaq üstündə mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib.…

Read More
Kriminal 

Rusiyada azərbaycanlı qardaşını bıçaqladı

Rusiyanın Sestroretsk şəhərində azərbaycanlı qardaşını bıçaqla yaralayıb. Piter TV-nin xəbərinə görə, spirtli içki qəbul edən qardaşlar arasında mübahisə düşüb. Bu zaman 32 yaşlı kişi 24 yaşlı qardaşını bıçaqlayıb. Xəstəxanaya çatdırılan həmin şəxsin vəziyyəti orta ağır qiymətləndirilib. Faktla bağlı araşdırma başlanıb.

Read More
Kriminal 

Arvadını xəstəxanada qətlə yetirən şəxsə ağır cəza

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham edilən Faiq İbrahimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.İbrahimov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il iyun ayında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif…

Read More