Kriminal 

Bakıda gənc dəmiryol vağzalında bıçaqlanıb

BBakının inəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Biləcəri dəmiryol vağzalında Abşeron rayon sakini 1996-ci il təvəllüdlü Mövlanov Rəşad Qalib oğlu naməlum şəxslə mübahisə zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Sosial şəbəkələrdə narkotik istifadəsini təbliğ edən şəxs tutuldu – VİDEO

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 54 yaşlı Məmmədli kənd sakini Abidin Məhərrəmov saxlanılıb. Baku TV-nin xəbərinə görə, araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, “Facebook” və “Instagram”da meyxana sədaları altında onun təbliğini həyata keçirib. Mehdiabad Polis Bölməsi əməkdaşları dərhal A.Məhərrəmovun yerini müəyyən edərək, onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən təqribi çəkisi iki kiloqrama yaxın marixuana aşkar edilərək, maddi sübut kimi götürülüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi…

Read More
Kriminal 

Azərbaycanlı Rusiyada bir ailənin iki üzvünü öldürüb intihar etdi – FOTO/VİDEO

Rusiyanın Kalininqrad şəhərində azərbaycanlı qətl törədib. Kaliningrad.kp.ru-nun xəbərinə görə, hadisə Professor Baranov küçəsində yerləşən Mərkəzi bazarın avtodayanacağında baş verib. Meyvə-tərəvəz ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı – 63 yaşlı Fazil Bəhramov “Vepr” ov karabinindən bazarda alver edənlərə atəş açıb. Nəticədə Vadim Yanqolenko adlı şəxs ölüb, onun arvadı Darya Yefimova isə ayağından yaralanıb. Hamilə olan D.Yefimovanın yalvarışlarına baxmayaraq, F.Bəhramov bir güllə də vuraraq qadını öldürüb. V.Yanqolenko və D.Yefimovanın yaralanan altıncı sinifdə oxuyan oğlu isə qaçaraq canını qurtara bilib. Qətli törədən F.Bəhramov sonda sinəsinə güllə vuraraq intihar edib. O, xəstəxanada ölüb. F.Bəhramovun evində aparılan axtarışlar…

Read More
Kriminal 

Ucar sakini heyvanlarını satdığı adamdan pulunu ala bilmir – VIDEO

Ucar rayonunun Lək kəndi sakini Hafiz İbadov həmyerlisi Tural Hüseynovun ona qarşı dələduzluq etməyindən şikayətlənir. ARANTV.AZ  xəbər verir ki, 2018-ci ilin dekabrında T.Hüseynov ümumi dəyəri 3250 manat olan 20 baş qoyunu ondan alaraq pulunu 20 günə qaytaracağını deyib. Pulun vaxtında qaytarılacağına isə Hafiz İbadovun öz qaynı Elşən Hüseynov zamin durub. Lakin o gün bu gün nə puldan xəbər var, nə də qoyunlardan. Zərərçəkən iddia edir ki, Tural Hüseynovun dələduzluq əməli bununla bitmir. O başqa vətəndaşların da iri və xırda buynuzlu heyvanlarını alaraq pullarını mənimsəyib. İbadovlar ailəsi faktla bağlı Ucar rayon polis…

Read More
Kriminal 

Bakıda gecə klubunda dava

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib. APA xəbər verir ki, hadisə gecə klublarının birində qeydə alınıb. 1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rəfael oğlu tanımadığı şəxslərlə mübahisə zamanı döyülüb. Ağır bədən xəsarətləri alan G.Vəliyev 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Oğul atasını vəhşicəsinə qətlə yetirdi

Qubada oğul atasını öldürüb. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb. Aralarında yaranan şəxsi münaqişə zəminində 2001-ci il təvəllüdlü Şükürov Mətləb Bəşarət oğlu atası Şükürov Bəşarət Ramazan oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Ağcabədidə ata oğlunu niyə öldürdü? – TƏFƏRRÜAT – VİDEO

“Tural qardaşım Valehə 20 il dağ çəkib. Qarlı havada qardaşımı lüt soyundurub, özü də evdə oturub, siqaret çəkib müşahidə edirdi. Deyib ki, oradan tərpənsən, öldürərəm”. Baku.ws xəbər verir ki, bu sözləri münaqişə zəminində oğlu Turalı qətlə yetirən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov deyib. Onun sözlərinə görə, Valeh bu əməli etməyə məcbur qalıb: “20 ildən artıq idi ki, qardaşım buna dözürdü. Anasını təhqir edirdi. Ata öz ailəsinin təhqir olunduğunu, söyüldüyünü görürdü və ayrı yol seçə bilmədi. 20 il Turala yol axtardı. Amma alınmadı. Həmin gecə evə içkili gəlib. Oturub yeyib-içib, sonra…

Read More
Kriminal 

Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Abbasov Fəxrəddin Fərman oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Fəxrəddin Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması), 274-cü (Dövlətə xəyanət) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə…

Read More
Kriminal 

Bibisini qaçıran şəxsi 26 ildən sonra öldürdü – Azərbaycanda

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Ağayahya Abbasovun apellyasiya şikayətinə baxılıb. ARANTV.AZ report-a istinadən xəbər verir ki, hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyanın qərarı ilə şikayət təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilinib və 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2018-ci ilin iyul ayında Şabran rayonunda baş verib. 1988-ci il təvəllüdlü Ağayahya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna bıçaq zərbələri vuraraq qətlə yetirib. Qətl hadisəsinə səbəb R.Əhmədovun 1991-1992-ci illərdə Ağayəhyanın bibisinə qarşı…

Read More