Kriminal 

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”

“Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”. Bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”. Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır: “Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə…

Read More
Kriminal 

Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub. Şəki ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən – Şəki şəhər sakini, 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.…

Read More
Kriminal 

Ailəsinə işgəncə verirmiş – Bir qətlin tarixçəsi

Ağcabədi rayonunda atanın oğlunu öldürməsi hadisəsi ilə bağlı təfərrüat məlum olub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, qətli törədən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. Gecə saatlarında sərxoş vəziyyətdə evə gələn Tural Cəfərov atasını nalayiq söyüşlərlə təhqir edib və onu öldürməklə hədələyib. Məlumata görə, ata və oğul arasında uzun illərdir soyuq münasibət davam edib. Oğurluq etdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan 30 yaşlı Tural Cəfərov həmişə atasını və anasını döyərək işgəncələr verib. Hadisə baş verən gün Tural atasını və bacısını döyərək ağır…

Read More
Kriminal 

Bakıda kişi arvadını burnundan bıçaqladı

Bakıda ər arvadına avtomobildə xəsarət yetirib. Report-un xəbərinə görə, hadisə fevralın 12-də, saat 08:30 radələrində, paytaxtın Binəqədi rayonu, “Azadlıq” prospekti ərazsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü F.İsmayılov “Nissan” markalı avtomobildə mübahisə zəminində həyat yoldaşının burnuna bıçaqla xəsarət yetirib. Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində F.İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,208 qram heroin, iki ədəd metadon və bir ədəd tramadol aşkar edilərək götürülüb. F.İsmayılovun həyat yoldaşının xəsarəti yüngül olduğu üçün xəstəxanaya müraciət etməyib. Faktla…

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Ata oğlunu qətlə yetirdi

Ağcabədi rayonunda ata oğlunu qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda gənc “yox” cavabı aldığı qızı amansızlıqla bıçaqladı

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza yeddi bıçaq zərbəsi vurub. Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək, sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza yeddi bıçaq zərbəsi vurub. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda məşhur özəl klinika cərimələndi

“Atlas Medical Center” MMC açıq məkanda reklam haqqında qanunvericiliyi pozduğu üçün beş min manat cərimə edilib. ARANTV.AZ xəbər verir ki, bu barədə qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb. Klinika İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib. Qərarından narazı qalan “Atlas Medical Center” MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Oxu.Az

Read More
Kriminal 

Bakıda marketdə qətl törədən şəxs tutuldu

Bakıda qətl törədən şəxs saxlanılıb. Bu barədə Unikal.org-a  Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, BŞBPİ-nin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu kürək nahiyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü İsmayıl Ağəsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı…

Read More
Kriminal 

Göyçay sakinindən ov tüfəngi götürüldü

Göyçay sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə uğurlu əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Yenikənd kənd sakini Ədalət Cəfərovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Read More