Kriminal 

Masallıda gənc qadının qətli ilə bağlı cinayət işi başlanıb, atası saxlanılıb – YENİLƏNİB

Noyabrın 7-də saat 5 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 1996-cı il təvəllüdlü Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı Rayon Prokurorluğuna məlumat daxil olub.   Masallı Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, araşdırmalarla 1969-cu il təvəllüdlü Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.   Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.   İbtidai istintaq davam etdirilir.   07:18   Noyabrın 7-də…

Read More
Kriminal 

Qadın müğənnilər niyə öldürülür? – ilginc səbəblər açıqlandı

Azərbaycanda daha bir qadın müğənni qətlə yetirilib. Noyabrın 2-də Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair faktın bəzi təfərrüatı məlum olub. 34 yaşlı S.Abbasova səhər yaşadığı binanın qarşısında öldürülüb. Onu öldürən şəxs mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayır. Məlumata görə, öldürülən S.Abbasova toy mərasimlərində müğənnilik edib. Onun azyaşlı övladı var. Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasov daha əvvəl məhkumluq həyatı yaşayıb. Qeyd edək…

Read More
Kriminal 

Gəncədə müğənni qətlə yetirilib – YENİLƏNİB

Bu gün səhər saatlarında Gəncədə törədilən qətlin bəzi məqamları məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 7 radələrində Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə, binanın qarşısında öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirməkdə şübhəli bilinən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib. Keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov saxlanılaraq istintaqa təhvil verilib. H.Abbasovun daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir. 08:58 Qəsdən adam…

Read More
Kriminal 

Söyüş üstündə dəhşətli qətl: Məhkəmə əmisini bıçaqlayan şəxsə hökm oxudu – VİDEO

Əmisini bıçaqla qətlə yetirən Şahin Qədəşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hadisə 2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsində baş verib. Şahin Qədəşov yaşadığı evin yaxınlığında əmisi Valeh Qədəşova bıçaqla zərbə endirərək, onun həyatına son qoyub. Şahin Qədəşov bildirib ki, əmisi Valeh Qədəşov spirtli içki aludəçisi olub, tüfeyli həyat tərzi keçirib. Son vaxtlar əmisi sərxoş vəziyyətdə yaşadığı evə gələrək onun və mərhum atasının ünvanına söyüş söyüb. Heç vaxt əmisinin təhqirlərinə cavab qaytarmayıb və bir böyük kimi həmişə onu yola verməyə çalışıb. Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən…

Read More
Kriminal 

Ağdaşda DƏHŞƏT: Anasını bıçaqlayan gənc saxlanıldı – YENİLƏNİB

Ağdaş rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 09:24 Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb. APA xəbər verir ki, 2006-cı il təvəllüdlü Kamran Heybətli ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü Sevil Heybətovanı bıçaqlayıb. Daha sonra 17 yaşlı oğlan bıçaqladığı anasını xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Eldar Həsənovla bağlı qərar dəyişmədi

Azərbaycanın keçmiş Baş prokuroru Eldar Həsənovla bağlı 10 illik azadlıqdan məhrum etmə qərarından verilmiş kassasiya şikayətinə baxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda məhkum şəxsin vəkili çıxış edərək müvəkkilinə bəraət verilməsini istəyib. İttiham tərəfi isə əvvəlki qərarda hər hansı qanun pozuntusu olmadığını əsas gətirərək şikayətin rədd edilməsini tələb edib. Rəşad Abdulovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikrini öyrəndikdən sonra qərar qəbul edib. Qərara əsasən şikayət əsasız sayılaraq təmin edilməyib. Qeyd edək ki, Eldar Həsənov 2020-ci ildə həbs edilib. O, Azərbaycanın Rumıniya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda…

Read More
Kriminal 

Ermənistanda sosial şəbəkələrdə zorakılıq çağırışları edən adama qarşı cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi “Vahan Loretsyan” adı ilə fəaliyyət göstərən “Facebook” istifadəçisinə qarşı zorakılıq çağırışlarına görə cinayət işi açıb. Ölkənin İstintaq Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, sentyabrın 19-da İrəvanda keçirilən aksiyalar zamanı bu səhifədə aşkar zorakılıq çağırışları olan yazılar dərc edilib. “Hamı meydana, aşağıdan yuxarı hamını öldürün”, başqa bir paylaşımda “Hamı birlikdə meydana, bunların hamısını qovun” yazılıb. Hazırda faktla bağlı ilkin araşdırma aparılır, istifadəçinin tapılaraq saxlanılması barədə qərar qəbul edilib. Qeyd edək ki, dünən etirazçılar hökumət binası yaxınlığında toplaşıb, İrəvanın mərkəzində Respublika meydanına gedən bütün keçidləri bağlayıblar. Mənbə: Sputnik Ermənistan

Read More
Kriminal 

Abşeronda bıçaqlanan qadınla bağlı DİN-dən AÇIQLAMA – YENİLƏNİB + FOTO

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı Aynur Zahid qızı Nərimanova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Alim Nərimanov polis tərəfindən saxlanılıb. Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, hazırda Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırması aparılır. Xəsarətin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib. İş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcəkdir. 08:52 Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb. APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib. Belə ki, 19 yaşlı Aynur Zahid qızı Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim…

Read More
Kriminal 

Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü – VİDEO

Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrində Qala qəsəbəsində yaşayan Sevinc Cəfərova adlı qadının qətlə yetirilməsi barədə məlumat daxil olub. Hadisə Xaşaxuna bağlar massivində, nömrəsiz fərdi evdə baş verib. İstintaqla müəyyən edilib ki, fevralın 23-də səhər saat 9-da Samir Sadıqov yaxın münasibətində olduğu Sevinc Cəfərovanı mətbəxdən götürdüyü bıçaqla xüsusi amansızlıqla qətlə yetirib. İş üzrə dindirilmiş Samir Sadıqov bildirib ki, 2022-ci il fevralın 1-dən Qala qəsəbəsinin bağlar massivində Anar adlı şəxsə məxsus fermada aylıq 300 manat müqabilində işləməyə başlayıb. Həmin həyətdə olan daha bir tikilidə iki övladı ilə qalan…

Read More