Kriminal 

Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlandı – TƏFƏRRÜAT

Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb. ARANTV.AZ  APA-ya istinadən, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb. Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə kollecin qarşısına gələrək orada mühafizəçi işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib. Araşdırmalar zamanı məlum olub ki, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Buna əsəbləşən E. İsmayılov K.Ağayevi…

Read More
Kriminal 

Mingəçevirdə narkotik aludəçisi dostunu küçədə öldürmək istədi

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb. Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə kollecin qarşısına gələrək orada işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib. Əraziyə çoxsaylı insanlar toplaşaraq E. İsmayılovun K. Ağayevi öldürməsinə imkan verməyib. E.İsmayılov avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Araşdırmalar zamanı məlum olub ki, E.İsmayılovla K.Ağayev uzun müddət yaxın dost olub. E.İsmayılov son…

Read More
Kriminal 

Oğuzda 45 yaşlı kişi qətlə yetirildi

Oğuz rayonunda qəsdən adam öldürməkdə təqsirli bilinən Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 2-nə təyin olunub. İttihama görə, Oğuz rayonunun Bucaq kəndində 1974-cü il təvəllüdlü Siyavuş İslamovla Şəki rayon sakini Elnur Məmmədov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Elnur Məmmədov Siyavuş İslamovu döş qəfəsindən bıçaqlayıb. Siyavuş İslamov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Cinayəti törətməkdə şübhəli bilinən Elnur Məmmədov saxlanılıb. İstintaq…

Read More
Kriminal 

Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlandı

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsində Cəbrayıl rayon sakini, 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat olunub. Məlumata görə, S.İsmayılov xəstəxanaya daxil olarkən vəziyyəti ağır və sərxoş halda olub. S.İsmayılov Qaradağ rayonu ərazisində 124 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Abşeronda evdən 59 minlik geyim oğurlandı – FOTO

Abşeronda evdən geyim və məişət əşyaları oğurlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, naməlum şəxslər mənzilə daxil olaraq oradan 59.550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıb. Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş – Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə üç dəfə daxil olublar. Həmin mənzildən üçüncü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O,…

Read More
Kriminal 

Şəmkir sakini qohumunu bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1997-ci il təvəllüdlü Mayıl İsmaylov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal 22 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, 22 yaşlı gənci qohumu, 1963-cü il təvəllüdlü Fərhad Məmmədov bıçaqlayıb. Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən 56 yaşlı kişi polis tərəfindən saxlanılıb. Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.

Read More
Kriminal 

Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər

Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. ARANTV.AZ  azxeber.com-a istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarından Oxu.az-a verilən məlumatda bildirilir ki, cinayəti törətmiş şəxs qadının boğazını kəsərək üzünə müxtəlif xəsarətlər yetirib. Əldə olunan məlumatlara əsasən, tərəflərin yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib. Yaxınları ehtimal edib…

Read More
Kriminal 

Şəmkirdə qohum qohumu kürəyindən bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Fərhad Yunis oğlu kənd sakini İsmayılov Manaf Baba oğlunun həyətində qohumu, 1997-ci il təvəllüdlü İsmayılov Mayıl Sabir oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində F.Məmmədov M.İsmayılovu kürək nayihəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı cinayət işi başlanıb.

Read More
Kriminal 

Anasına sataşdığından şübhə edərək, ustasını bıçaqlamışdı – məhkəmədə həbs edildi

Qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən şəxsə hökm oxunub. ARANTV.AZ  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Zeynalov Elçin Yasin oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Elçin Zeynalov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib və ona nəzərdə tutulan cəzadan da aşağı həddə cəza təyin edilib. Məhkəmə Elçin Zeynalovun ilk dəfə məhkunluq həyatı yaşamasını, himayəsində iki azyaşlı övladının olmasını yüngülləşdirici…

Read More
Kriminal 

Kişi arvadını Bakıda boğub öldürdü, Gəncədə təslim oldu

Bakıda qətl hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Kəlbəcər rayonunda qeydiyyatda olan, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabrat qəsəbəsində kirayədə yaşadığı evdə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saat 3-də şəxsi münasibətlər zəminində boğaraq öldürüb. D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək, bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib. Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə D.Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.Oxu.Az

Read More