Kriminal 

Şəmkir sakini qohumunu bıçaqladı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Mayıl İsmaylov bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dərhal 22 yaşlı gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Araşdırma zamanı müəyyən edilib ki, 22 yaşlı gənci qohumu, 1963-cü il təvəllüdlü Fərhad Məmmədov bıçaqlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən 56 yaşlı kişi polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.

Daha çox xəbərlər