Kriminal 

Sumqayıtda 59 yaşlı kişi BIÇAQLANDI

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, şəhər ərazisində iki nəfər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, mübahisə zamanı şəhər sakini, 1962-ci təvvəllüdlü Həsənov Nazim Yelmar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda 47 yaşlı kişini kürəyindən bıçaqladılar

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb. 47 yaşlı Bağırov Süleyman Nurəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi

Ucar rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb. Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən N.Səfərov saxlanılıb.

Read More
Kriminal 

Xose Bernardo onu bıçaqlayan şəxsin kimliyini açıqladı: “Qardaşım arvadının…”

Teleaparıcı Xose Bernardo və qardaşı Rəfael Hüseynovun bıçaqlanmasının təfərrüatı məlum olub. ARANTV.AZ  xəbər verir ki, APA TV-yə açıqlama verən aparıcının sözlərinə görə, hadisə evlərinin qarşısında baş verib. O, axşam radələrində evdə olarkən qardaşı Rəfael Hüseynovun həyətdə bir nəfərlə mübahisə etdiyini eşidib. Səsə çölə çıxan zaman artıq Rəfaelin qan içində olduğunu görüb: “Qardaşımın səsinə çıxdım evdən. Gördüm qardaşım bir nəfərlə əlbəyaxa dalaşır. Onda gördüm ki, qardaşım artıq bıçaqlanıb. Onun üstünü qanlı görəndə mən həmin oğlanla tutaşdım. O zaman mənə bıçaq necə dəyib, hiss eləməmişəm. Ondan sonra xəbərim yoxdur”. Səs-küyə qonşular çıxan…

Read More
Kriminal 

Masallıda iş yoldaşının boğazını kəsərək öldürən fəhlə tutuldu

Noyabrın 10-da Masallı rayonunun Ağakişibəyli kəndi ərazisindəki evlərdən birinin həyətində kənd sakini Rafiq Gülverdiyev orada fəhlə işləyən qonşusu Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, dünən Masallının Şərəfə kəndində evlərdən birində fəhlə işləyən Boradigah qəsəbə sakini Gülverdiyev Rafiq Elman oğlu mübahisə zəminində bıçaqla 47 yaşlı fəhlə yoldaşının, Ukrayna…

Read More
Kriminal 

Azərbaycanda qohumlar arasında qanlı dava — BIÇAQI ÜRƏYİNƏ VURDU

Abşeron rayonunda qohumunu bıçaqlamaqda təqsirli bilinən Şahin Əbdüləzimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib. Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, hadisə iyunun 4-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.1984-cü il təvəllüdlü Əbdüləzimov Rauf Aleksandr oğlu döş qəfəsinin sol hissəsindən-ürək nahiyəsindən bıçaqlanıb. O, Kliniki Tibbi Mərkəzə gətirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı R.Əbdüləzimovun yaxın qohumu Əbdüləzimov Şahin Məmməd oğlu tərəfindən bıçaqlandığı müəyyənləşib. Ona Cinayət…

Read More
Kriminal 

Bakıda namus üstündə arvadının boğazını kəsən şəxs yenidən hakim qarşısında

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 19-na təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib. Hadisə bu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində baş verib. Belə ki, 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18…

Read More
Kriminal 

Dəhşətli qətl: Fəhlə yoldaşının başını kəsdi

Masallıda bir fəhlə digər fəhlənin başını kəsərək öldürüb. Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Masallının Şərəfə kəndində evlərdən birində fəhlə işləyən Boradigah qəsəbə sakini Gülverdiyev Rafiq Elman oğlu mübahisə zəminində bıçaqla 47 yaşlı fəhlə yoldaşının, Ukrayna vətəndaşı Quliyev Bəhruz Əliheydər oğlunun boğazını kəsib. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər briqadası çatmamış ağır zədələnən B.Quliyev qısa zamanda dünyasını dəyişib. Mərhumun meyiti daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Valyuta mübadiləsi ilə məşğul olan 30 yaşlı kişi küçədə öldürüldü – Gəncədə

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib. Məlumata görə, M.Əliyev Gəncədə valyuta mübadilə məntəqəsi işlədirmiş. Faktla bağlı cinayət işi başlanıb və hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Read More
Kriminal 

Xose Bernardonu bıçaqladılar

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, insident Pirallahıda yerləşən restoranların birində qeydə alınıb. Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib. Vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir. Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo isə ambulator müalicə üçün xəstəxanadan…

Read More