Kriminal 

Astara sakinindən tapança və psixotrop maddə aşkarlanıb – FOTO

Astara sakinindən tapança və psixotrop maddə aşkarlanıb. Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron, eyni zamanda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.…

Read More
Kriminal 

Çimərlikdə qan düşdü: Kişi arvadını və onun oğlan tanışını bıçaqladı – YENİLƏNİB

Çimərlikdə qadının bıçaqlanmasının bəzi təfərrüatları məlum olub. APA xəbər verir ki, Ramilə Abdulrəhimova oğlan tanışı ilə birgə dənizdə olarkən əri onları görüb. O, əvvəl oğlanı, sonra isə arvadını bıçaqlayıb. *** Novxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Novxanıda dəniz sahilində qeydə alınıb. Belə ki, 1993-cü il Ramilə Abdulrəhimova çimərlikdə ailə-məişət zəmnində mübahisə zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Read More
Kriminal 

Bacısına qarşı əxlaqsızlıq edən atasını 42 bıçaq zərbəsi ilə öldürdü – CİNAYƏT İŞİ + VİDEO

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürüb. Belə ki, Nəbiyevlərin əsas problemi ailə başçısı Füzulinin (ad şərtidir) günün müxtəlif saatlarında spirtli içkilərin təsiri altında evə gəlməyi ilə bağlı idi. O, hər dəfə həyat yoldaşı Humaya və oğlu Mehdiyə qarşı qeyri-etik davranışlar sərgiləyirdi. Humay ailəni dolandırmaq üçün evlərə təmizliyə gedirdi. Buna baxmayaraq, Füzuli onunla köləsi kimi davranırdı. Evə heç bir ərzaq almadığı halda yoldaşından yemək tələb edir, üstünə qışqırır, onu döyməklə qorxudurdu. Bütün bunları eşidən oğlu Mehdi atasının etdiklərinə birtəhər dözürdü. O, uşaqlıqdan bəri anasının çəkdiyi əzabları görür, ancaq valideyni olduğu…

Read More
Kriminal 

Qızını öldürən şəxsə doqquz il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən…

Read More
Kriminal 

3 milyon dollar dəyərində narkotik: Həbs edilən ermənistanlı müxalifətçinin oğlu Gürcüstanda saxlanıldı

“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində ittiham olunaraq saxlanılıb. Onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür. Ermənistan İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik ticarəti ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib. İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri qeyri-qanuni narkotik dövriyyəsini “Telegram”da çoxsaylı qruplar vasitəsilə həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar dəyərində qiymətləndirilir. Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri pulu kriptovalyuta şəklində alıblar. “İctimai səs” partiyasının lideri də daxil olmaqla səkkiz nəfərə qarşı cinayət işi açılıb. Saxlanılan şəxsin atası…

Read More
Kriminal 

DİN-dən ƏMƏLİYYAT: 13 milyon manatlıq narkotik vasitə aşkarlanıb – FOTO/VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara bazar”da dəyəri…

Read More
Kriminal 

Laçında polislərlə hərbçilər birgə əməliyyat keçiriblər

Laçında 842 kq çətənə bitkisi məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən, ümumi çəkisi 842 kiloqram olan 2 019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Read More
Kriminal 

Keçmiş məhkum odlu silahla tutuldu

Bakı sakinindən odlu silah götürülüb. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları əldə olunan məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb. Araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda İranı təbliğ edən daha 2 nəfər həbs edildi – CASUS ŞƏBƏKƏSİ

Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Fariz Əliyev və Yusif Əhmdzadə həbs ediliblər. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saxlanılan şəxslərin hər ikisi narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.  

Read More
Kriminal 

Zaqatalada keçmiş məhkumdan 1,5 kiloqram narkotik götürülüb – FOTO/VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümdə marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A.Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.  

Read More