Kriminal 

Daşkəsəndə oğurluq edən dəstə üzvləri tutuldular

Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövlədən qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırdabuynuzlu heyvan oğurlanıb: “Oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov, Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmiraslanov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər. Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Read More
Kriminal 

Boşanmaq istəyən arvadını bıçaqlayan şəxslə bağlı hökm ləğv edildi

Ali Məhkəmədə boşanmaq istəyən arvadını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Nadirova şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Qeyd edək ki, hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona…

Read More
Kriminal 

Astara sakinindən beş kiloqramdan çox narkotik vasitə aşkarlanıb – FOTO

Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində İ.Hüseynovun yaşadığı Ərçivan qəsəbəsinin ərazisindəki köhnə tikilidə gizlətdiyi sellofan torbada 4 kiloqram heroin və bir kiloqramdan artıq metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı İ.Hüseynovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək məqsədilə əldə etdiyi…

Read More
Kriminal 

İlin əvvəlindən 18 bələdiyyə sədri cəzalandırılıb – ARAŞDIRMA

Aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət tədbirləri həyata keçirilir. İnzibati nəzarət zamanı aşkar olunan xarakterik qanun pozuntuları, onları doğuran səbəblər və digər aktual məsələlərlə bağlı bələdiyyə sədrləri barədə inzibati məsuliyyət nəzərdə tutulur. Bizim.Media bu ilin yanvarından indiyədək inzibati məsuliyyətə cəlb olunan və barəsində cinayət işi açılan bələdiyyələri araşdırıb. Məlum olub ki, yanvar ayından indiyədək üç bələdiyyə sədrinə cinayət işi açılıb, 15 bələdiyyə sədri isə cərimələnib. Belə ki, Masallı rayonu Təzəkənd bələdiyyəsinin sədri tərəfindən bələdiyyə iclasında qərar qəbul edilmədən, müvafiq icra hakimiyyəti orqanının rəyləri olmadan, hərrac və müsabiqədən…

Read More
Kriminal 

Sevgilisini otelə aparıb evlilik təklif etdi, bıçaqlayıb qaçdı – “Panoramic” oteldə nə baş verib?

Sabunçu qəsəbəsində yerləşən “Panoramic” otelə qadını bıçaqlayan şəxsə hökm oxunub.  Qaynarinfo-nun məlumatına görə, Əli Dadaşov (soyad şərtidir) Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hadisə isə ötən ilin 27 iyul tarixində baş verib. Əli Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsində bildirib ki, Rəhimə Cavadova (soyad şərtidir) ilə birlikdə otelə gedib və orada ona evlənmək təklifi edib. Rəhimə onunla evlənməkdən imtina etdiyi üçün aralarında mübahisə yaranıb. Oteldən çıxanda Rəhiməyə onu taksi ilə yola salmasını təklif edib. Zərərçəkmiş…

Read More
Kriminal 

İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, komitənin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib. Bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycanda dövriyyəsinə icazə verilməyən çoxsaylı dərman preparatları aşkar edilərək götürülüb. Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində…

Read More
Kriminal 

Qəbələdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edilib – FOTO

Qəbələdə 4 tondan artıq narkotik tərkibli bitki məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Nic qəsəbəsi ərazisində yabanı halda bitən, ümumi çəkisi 4 ton 170 kiloqram olan 8100 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.  

Read More
Kriminal 

Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb edilib

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barəsində həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib. Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan MMC-nin direktoru vəzifəsində işləyərkən Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəsmi məktubu əsasında təhvil aldığı 30 min manat dəyərində müsadirə edilmiş dərman preparatlarının guya vətəndaş tərəfindən hərracda daha aşağı qiymətə alınmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlar əsasında…

Read More
Kriminal 

Lerikdə külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb – FOTO

Külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Piran kənd sakini Əliməhəmməd Şirvanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində Ə.Şirvanovun həmin psixotrop maddəni Lənkəran sakini, əvvəllər məhkum olunmuş Pərviz Həsənovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. P.Həsənovun yaşadığı evdən və avtomobilindən ümumilikdə 360 qram heroin, 116 qram tiryək və 100…

Read More
Kriminal 

UEFA ölkələrin yeni reytinq cədvəlini açıqladı – SİYAHI

İngiltərə 2022/2023 mövsümü üçün UEFA əmsalları cədvəlində birinci olub. İkinci pillədə İspaniya, üçüncü yerdə isə Almaniya qərarlaşıb. Yekun cədvəl UEFA-nın rəsmi saytında dərc olunub. Ölkələrin son reytinqinin ilk onluğu aşağıdakı kimidir: 1. İngiltərə – 109,570. 2. İspaniya – 92.988. 3. Almaniya – 82,481. 4. İtaliya – 81,926. 5. Fransa – 61,164. 6. Niderland – 59.900. 7. Portuqaliya – 56,216. 8. Belçika – 42.200. 9. Şotlandiya – 36.400. 10. Avstriya – 34.000. Xatırladaq ki, İngiltərənin “Mançester Siti” və “Vest Hem Yunayted” klubları müvafiq olaraq Çempionlar Liqasının və Konfrans Liqasının qalibi olub.…

Read More