Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ailə institutunda yeni reallıq: Cəmiyyəti nə gözləyir?

By Vüsal Rafiqoğlu
20.03.2026 4 Min Read

2025-ci il üzrə açıqlanan rəsmi statistika göstərir ki, azərbaycanlıların xarici vətəndaşlarla evlilikləri artıq təsadüfi hal deyil, davamlı sosial prosesə çevrilib. Belə ki, Türkiyə Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə Türkiyədə ümumilikdə 552 237 nikah qeydə alınıb. Bu nikahlardan 1 936-sı Azərbaycan vətəndaşı olan qadınların, 253-ü isə Azərbaycan vətəndaşı olan kişilərin payına düşür.

Paralel olaraq, Azərbaycan üzrə göstəricilər də qarışıq nikahların artdığını təsdiqləyir. Ədliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında, ümumilikdə 2 081 nikah rəsmiləşdirilib. Bu evliliklərdə əsas tərəfdaş ölkələr sırasında Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Pakistan xüsusi yer tutur.

Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, ötən il Azərbaycan vətəndaşı olan qadınlar ən çox Türkiyə (304 nikah), Rusiya (225 nikah) və Gürcüstan vətəndaşları ilə (196 nikah) ailə qurublar.

“Əlaqələr artdıqca tanışlıqlar genişlənir”

Sosioloq Mail Yaqubun sözlərinə görə, son illər azərbaycanlı xanımların və bəylərin xarici vətəndaşlarla ailə qurması tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bunun əsas səbəbi insanlar arasında əlaqələrin və ünsiyyət imkanlarının genişlənməsidir: “Sovetlər dövründə Azərbaycanın xarici ölkələrlə münasibətləri məhdud idi, internet və sosial şəbəkələr mövcud deyildi. İnformasiya texnologiyalarının inkişafı, miqrasiyanın artması nəticəsində əlaqələr çoxalıb. Əlaqələr artdıqca tanışlıqlar genişlənir, tanışlıqlardan isə ailələr formalaşır. Bu, tamamilə təbii və obyektiv prosesdir”.

M.Yaqub bildirdi ki, xüsusilə Rusiya və Türkiyə ilə bu cür evliliklərin daha çox olması təsadüfi deyil: “Hər iki ölkə Azərbaycana coğrafi, tarixi və sosial baxımdan yaxındır. Rusiya ilə uzunmüddətli miqrasiya əlaqələri mövcuddur və bu ölkədə azərbaycanlı kişilərin rus xanımlarla ailə qurması daha çox müşahidə olunur. Türkiyədə isə əksinə, azərbaycanlı xanımların türkiyəli bəylərlə evlənməsi tendensiyası son illərdə artıb. Bu prosesin əsas səbəbi yenə də kommunikasiyanın intensivliyidir. Türkiyə ilə bağlı şəxsi müşahidələrimə əsasən demək olar ki, azərbaycanlı xanımların daha evdar, ailəyə və həyat yoldaşına qarşı daha diqqətli olmaları cəlbedici amillərdən biridir. Lakin bu, əsas səbəb deyil, sadəcə faktorlardan biridir”.

“Xalqlar milli və etnik kimliklərini qorumalıdır”

Sosioloqun fikrincə, bu tendensiyanın Azərbaycan üçün mənfi tərəfləri də var: “İlk növbədə, demoqrafik baxımdan ölkə üçün risklidir. Azərbaycanlı xanım xarici vətəndaşla ailə qurduqda, əksər hallarda Azərbaycan vətəndaşlığından çıxaraq başqa ölkənin vətəndaşlığına keçir. Əhali sayı çox olmayan ölkə üçün bu, arzuolunan hal deyil. Əhalinin artımı hərbi, strateji, siyasi və iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Digər mühüm məqam mədəni aspektlə bağlıdır. Xarici vətəndaşla ailə qurmaq nəticəsində həmin ölkənin mədəni mühiti fərdin həyatına təsir göstərir və bu, bəzi hallarda assimilyasiya riskini artırır. Müasir sosiologiya göstərir ki, qloballaşma güclənsə də, xalqlar milli və etnik kimliklərini qorumağa meyllidirlər. Öz mədəniyyətinə sədaqət müasirliyə zidd deyil, əksinə, sağlam cəmiyyətlərin əsas göstəricisidir”.

“Rasional planlar da var”

Psixoloq Vüsalə Əmiraslanova isə düşünür ki, əvvəlki dövrlərdə də azərbaycanlı xanımların xarici vətəndaşlarla ailə qurması halları az olmayıb. Lakin son illərdə bu prosesin mahiyyəti dəyişib: “Əgər əvvəllər bu evliliklər daha çox ailə qurmaq məqsədi daşıyırdısa, bu gün artıq özünü inkişaf etdirən, təhsil alan və karyera hədəfləri olan xanımlar arasında da bu meyl artıb. Hazırda bu qərarların arxasında yalnız emosional deyil, rasional planlar da dayanır. Bir çox xanımlar ailə qurarkən karyera imkanlarını, sosial rifahı, təhlükəsiz həyat şəraitini, eləcə də ailədaxili iş bölgüsünün ədalətli aparılmasını nəzərə alırlar. Qadına münasibətin daha hörmətli olduğunu düşündükləri ölkələrdə yaşamaq, vətəndaşlıq almaq və xüsusilə Avropa ölkələrinə köçmək istəyi bu seçimlərdə mühüm rol oynayır”.

V.Əmiraslanovanın sözlərinə görə, bəzi xanımlar azərbaycanlı ilə ailə qurduqları halda həyatlarına həddindən artıq müdaxilə olacağından ehtiyat edirlər: “Bu düşüncə evlilikdən qaçmağa və ya xarici vətəndaşla ailə qurmağa meyli gücləndirir. Daha sərbəst həyat, psixoloji və maddi yükün az olması, ailə müdaxiləsinin minimuma endirilməsi əsas motivlərdəndir.

Diqqətçəkən məqamlardan biri də odur ki, azərbaycanlı xanımlar daha çox Türkiyə vətəndaşlarına üstünlük verirlər. Ortaq din, oxşar dil və mədəni yaxınlıq bu seçimi asanlaşdırır. Digər tərəfdən, Böyük Britaniya və digər Avropa ölkələrində yaşayan ingilisdilli xalqların təmsilçiləri ilə evliliklər daha çox həmin dili bilən və xaricdə təhsil alan xanımlar arasında müşahidə olunur. Bəzi hallarda evlilik, həmin ölkədə qalmaq üçün hüquqi təminat rolunu da oynayır”.

“Bu evliliklərin arxasında…”

Psixoloq kişilərin əcnəbilərlə qurduğu evliliklərdən də danışdı: “Azərbaycan kişilərinin xarici xanımlarla evlənməsi əsasən xaricdə qalmaq məqsədi daşıyır. Xarici xanımı Azərbaycana gətirib burada yaşamaq halları çox nadirdir. Çox vaxt bu evliliklərin arxasında daimi yaşamaq və ya vətəndaşlıq almaq istəyi dayanır”.

V.Əmiraslanovanın fikrincə, qarışıq nikahların müsbət tərəfləri də var: “Bu evliliklər vasitəsilə Azərbaycanın xaricdə əlaqələri genişlənir, başqa ölkələrin dəyərləri və idarəetmə modelləri öyrənilir, gediş-gəliş imkanları artır, övladların gələcəkdə xaricdə təhsil alma perspektivi yaranır”.

“Ana xaricidirsə, uşaq da əcnəbidir”

Psixoloqun sözlərinə görə, belə izdivacların mənfi tərəflər də az deyil. Əksər hallarda ailə tam şəkildə xaricə köçməyə məcbur qalır: “Evlilikdən əvvəl “Azərbaycana köçəcəyik” vədləri verilsə də, praktikada bu nadir hallarda baş verir. Bəzi kişilər düşünür ki, “biz azərbaycanlıyıqsa, uşağımız da avtomatik azərbaycanlı olacaq”. Lakin unudulmamalıdır ki, uşağın tərbiyəsində ananın rolu həlledicidir və ana hansı mədəniyyətdə formalaşıbsa, övlad da istər-istəməz həmin etnosun psixologiyasını və dəyərlərini mənimsəyir”. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər…

Next

Bakı bir gecədə niyə boşaldı? – Paytaxtı “xilas” etməyin yolları açıqlandı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv