Kriminal 

Amerikalı keşişə cinayət işi açıldı: Kilsə hamamındakı qızları çəkdiyinə görə – FOTO

ABŞ-nin Landrum şəhərindən (Cənubi Karolina) olan gənc keşişin kilsə hamamında qızları lentə almasının üstü açılıb. Belə ki, yerli sakinlərdən biri anasının evində duş qəbul edərkən hamamın pəncərəsindən kənarda işıq görüb. O, küçəyə çıxıb və 35 yaşlı pastor Daniel Kellan Meyfildi görüb. Keşiş həyətdə tək olub. Polislə söhbətdən sonra pastor duşda çimən qadını videoya çəkdiyini etiraf edib. Əlavə araşdırma zamanı polis müəyyən edib ki, amerikalı keşiş xidmət etdiyi Baptist kilsəsinin vanna otağında daha bir neçə qızı lentə alıb. Hüquq-mühafizə orqanı əməkdaşları hələlik 14 və daha yuxarı yaşda olan altı qurbanı müəyyən ediblər.…

Read More
Kriminal 

Ağcabədidə çətənənin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb -VİDEO

Ağcabədidə çətənənin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu müəyyən edilib. Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsində aqrotexniki qaydada qulluqla yetişdirdiyi 44 ədəd çətənə və 2 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, S.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Hazırda Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.   Bundan…

Read More
Kriminal 

Ağsuda vəzifəli şəxslər cəzalandırılıblar

Ağsuda sanitariya-gigiyena qaydalarının pozulmasına görə vəzifəli şəxslər cəzalandırılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. İyunun 7-də Ağsu rayonu ərazilərində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının…

Read More
Kriminal 

Gürcüstan ordusunun azərbaycanlı hərbçisi həlak olub

Gürcüstan ordusunun azərbaycanlı hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu il iyunun 8-də Gürcüstan MN-in Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən 2005-ci il təvəllüdlü hərbi qulluqçu Yusif Nəsibovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci (intihar) maddəsi ilə istintaqa başlayıb. Qeyd olunub ki, hərbi qulluqçu hadisə baş verərkən postda qarovulda olub. Məlumata görə, atəş səsinin gəlməsindən sonra əraziyə baxış keçirilərkən Yusif Nəsibovun meyiti aşkarlanıb. İlkin məlumata görə, hərbi qulluqçu atəş nəticəsində…

Read More
Kriminal 

Hacıqabulda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb – FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Nəvahi qəsəbə sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul…

Read More
Kriminal 

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb. Bundan əlavə, əməliyyat tədbirlərinin davamı olaraq H.Məcidovun idarə etdiyi nəqliyyat vasitəsinə və Ə.İlyasovun yaşadığı fərdi yaşayış evinə keçirilən baxış zamanı isə külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, marixuana…

Read More
Kriminal 

Gəncədə kişini bu şərhinə görə öldürdülər – “YouTube”da…

Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. ARANTV.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Elmarın qohumu Elşən özünə məxsus olan “YouTube” sosial şəbəkə kanalında canlı efirdə “Sahib Dost” istifadəçi adı ilə qeydiyyatdan keçmiş Sahiblə onu təhqir etməsi səbəbindən mübahisə edib. Mübahisəni aydınlaşdırmaq üçün onlar Gəncə şəhəri, Natəvan qəsəbəsi ərazisində yerləşən “Şans” ərzaq mağazasının yanında görüş təyin ediblər. Həmin gün saat 23.50-də Elşən qohumu Elmarla birlikdə təyin olunan yerə gəliblər. Orada Sahiblə, həmçinin onun yanında olan şəxslərə görüşüblər. Görüş zamanı…

Read More
Kriminal 

“Instagram”da kredit və Şuşaya tur təşkili vədi ilə insanları aldadan şəxs tutulub – FOTO/VİDEO

Sosial şəbəkələrdə kredit verəcəyi və Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək insanları aldadan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyinə naməlum şəxsin “Instagram” sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub. Həmin məlumatlar əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazid əməlləri törədən, əvvəllər məhkum olunmuş, Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb. Ətrafında keçirilən tədbirlərlə müəyyən edilib ki, Rüfət Mustafayev son bir neçə ay ərazində “Instagram” sosial şəbəkəsində “kredit evi”, “faize.pull2022”…

Read More
Kriminal 

Zərdab sakinlərindən ov tüfəngləri götürüldü

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Şahhüseynli kənd sakinləri Ş.Osmanov və K.Heydərovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Həmçinin rayonun Bıçaqçı kənd sakini P.Bəkirov və Gəlmə kənd sakini N.İsgəndərov isə ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər. Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Samuxda keçmiş məhkumda odlu silah aşkarlanıb – FOTO

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar…

Read More