Kriminal 

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb

Silsilə oğurluqlar edən Lənkəran sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhəri ərazisindəki evlərdən birinin həyətindən təmir-tikinti alətləri və bir ədəd velosipedin oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Niyaz Cəfərov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yaşayış evləri, ofis, gözəllik salonu daxil olmaqla ümumilikdə 9 ünvandan oğurluq etdiyi müəyyən olunub. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanıldıqdan sonra N.Cəfərovun üzərindən narkotik…

Read More
Kriminal 

Azərbaycanda sabiq vəzifəli şəxs həbs olunub

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Bu barədə “Report”un Cənub bürosu xəbər verir. Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində Dövlət Yol Polisi əməkdaşlarının keçirdikləri reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimov saxlanılıb. Onun içkili olması ehtimalına görə müvafiq yoxlamadan keçirilməsinin vacibliyi qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis idarəsinə aparılıb. Onun barəsində məhkəmənin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirib…

Read More
Kriminal 

“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxsin işi məhkəməyə göndərilib

“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən Gəncə sakininin işi məhkəməyə göndərilib. DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov “Report”a bildirib ki, “Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib. O, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirib, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər. Qanunamüvafiq…

Read More
Kriminal 

Məşuquna çılpaq şəkillərini göndərən ərli qadının başına görün nə oyun açdılar – Bakıda şok

Azərbaycanda 1981-ci il təvəllüdlü Sahil sevgi münasibətində olduğu tanışı Aydanı (adlar şərti verilib – red.) intim fotoları ilə şantaj edib. ARANTV.AZ bildirir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, Sahil Aydanı və onun yaxın qohumlarının haqqında rüsvayedici məlumatlar yaymaqla 100.000 manat məbləğində pulunu əldə etmək qərarına gəlib. Sahil bu məqsədlə Aydanın müxtəlif vaxtlarda “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ona göndərdiyi özünə məxsus intim xarakterli fotoşəkillərini onun yaxın qohumlarına göstərib, haqqında rüsvayedici məlumatları yaymaqla hədələyib. Bu hədə ilə 1 oktyabr 2020-ci ildə Aydan və atası Bəxtiyardan 50.000 manat məbləğində pul tələb edib.…

Read More
Kriminal 

Arvadını bıçaqlayan, qayınanasını döyən “Azəristiliktəchizat”ın keçmiş əməkdaşı yenidən hakim qarşısına çıxır

Bakıda arvadını bıçaqlamaqda və qayınanasını döyməkdə təqsirləndirilən Elzamin Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası iyulun 7-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə ötən il martın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Elzamin Ağayev həyat yoldaşı Minayə Ağayeva…

Read More
Kriminal 

Sabunçuda narkotik dövriyyəsi təşkil edən 75 nəfər saxlanılıb – FOTO/VİDEO

Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb. Bu barədə DİN məlumat yayıb. Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib. Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb.…

Read More
Kriminal 

Pirallahıda evdən 10 000 manatlıq qızıl oğurlanıb

Pirallahı rayonu Gürgan qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 2-də qəsəbədə yerləşən evlərin birində 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bərdədə arvadını öldürməyə cəhd edən şəxs həbs olunub

İyunun 2-də saat 9 radələrində Bərdə rayonu ərazisində 1990-cı il təvəllüdlü Rəvanə Həşimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1987-ci il təvəllüdlü Zöhrab Həşimovun aralarında yaranmış mübahisə zamanı Rəvanə Həşimovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Zöhrab Həşimov təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Read More
Kriminal 

“Bandotdel” Bakıda əməliyyat keçirdi: Silahlı şəxs ələ keçdi – FOTO/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib. DİN-dən verilən məlumata görə, tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb. Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.…

Read More