Bakıda toyda gənc oğlan bıçaqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yaşanıb. “Həyat Yolu” şadlıq sarayında keçirilən toyda dava düşüb. Hadisədə 1998-ci il təvəllüdlü Mirbala Vüqar oğlu Qasımov bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More