Kriminal 

Bakıda gənc oğlan küçədə bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində 1994-cü il təvəllüdlü Vəkilov Məcidbəy Qasımağa oğlu naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. O, döş qəfəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, M.Vəkilova iki bıçaq zərbəsi vurulub.

Read More
Kriminal 

Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlanıb

21:59 Goranboyda keçmiş Milli Qəhrəman Rasim Əkbərovu bıçaqlayan şəxs tutulub. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisəni Xaliq Məmmədov törədib. O, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb, ilkin dindirilmə zamanı R.Əkbərova 5-6 bıçaq zərbəsi vurduğunu deyib. ——— 21:45 Goranboyda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospetində qeydə alınıb. Keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Əkbərov Rasim Ağa oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, R.Əkbərovu bıçaqlayan şəxs gənc oğlandır. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki,…

Read More
Kriminal 

Qaynını bıçaqladı, həyat yoldaşını və qayınanasını isə…

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı qaynını bıçaqlayan yeznə həyat yoldaşına və qayınanasına da xəsarətlər yetirib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində baş verib. Məmişlər kənd sakini, 34 yaşlı Ramil Tarverdiyev qaynı 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğluna boğazından və döş qəfəsindən bıçaqla xəsarət yetirib və İlkin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı Ramil Tarverdiyev qayınanası Zərbəliyeva Gülzar Nuru qızını və öz həyat yoldaşı Tarverdiyeva Hilalə Əlifağa qızına da xəsarətlər yetirib. Gülzar Zərbəliyeva beyin silkələnməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasına…

Read More
Kriminal 

Sabirabadda yeznə qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirib

Sabirabadda bıçaqlanma hadisəsi olub. ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlfağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Qeyd edək ki, hadisəni İ. Zərbəliyevin yeznəsi törədib. O, eyni zamanda qayınanasına da xəsarətlər yetirib. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Read More
Kriminal 

Bərdədəki qadın qətlinin təfərrüatı – Ər qaynına deyib ki…

17:04 ARANTV.AZ  məlumatına görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib. Həmin zaman qızın qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmaq üçün vaxt verməsini istəyib. Cütlük kənara çəkildikdən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib. ——– 16:22 Bərdə rayonunda ər arvadını öldürüb. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib. Rayonun Muğanlı kənd sakini, 25 yaşlı Tural Mustafayev həyat…

Read More
Kriminal 

Bərdədə ər parkda arvadını öldürdü

Bərdə rayonunda ər arvadını öldürüb. ARANTV.AZ  xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib. Rayonun Muğanlı kənd sakini, 25 yaşlı Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.Trend

Read More
Kriminal 

Azərbaycanda kişi arvadını fermada bıçaqladı

Zaqatala rayonunda kişi arvadına xəsarət yetirib. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Zaqatala rayonu Çobankol kənd sakini Nicat Soltanov ailə-məişət münaqişəsi zəminində arvadı Nərminə Məmmədovanı bıçaqlayıb. Hadisə N.Soltanovun Qax rayonunda yerləşən Ağyazı kəndində işlədiyi fermada baş verib. N.Soltanov saxlanılıb. Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Read More
Kriminal 

Abşeronda 44 yaşlı kişiyə 5 bıçaq zərbəsi vurulub

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  report-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Mübahisə zəminində bıçaqlanan 1977-ci il təvəllüdlü Orucov Abdulla Cümşüd təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrində beş ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More
Kriminal 

Xəyanəti bildi, kişinin cinsi orqanını kəsdi, arvadını… – Bakıdakı qətlin təfərrüatları açıldı

Bakıda həyat yoldaşını və qonşusunu qətlə yetirməkdə təqsirli bilinən Anar Hacıyev və qardaşı Sakit Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Natiq Talıbovun qətlə yetirilən meyitlərinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Zərnişan Hacıyevanın əri 1988-ci il təvəllüdlü Anar Hacıyev və onun 1992-ci il təvəllüdlü qardaşı Sakit Hacıyev tərəfindən törədilməsi müəyyən edilib. İstintaqla müəyyən olunub…

Read More
Kriminal 

Göygöldə 28 yaşlı gənc tanışı tərəfindən qətlə yetirildi

Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göygöl rayon prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb. Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

Read More