Kriminal 

Dayısı oğlunu qaçıraraq 500 min dollar tələb edən şəxs hakim qarşısına çıxacaq

Vətəndaşı qanunsuz azadlıqdan məhrum edib əmlak tələb edən şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib. Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri…

Read More
Kriminal 

Azərbaycanda şirkət işçisi öldürüldü – RƏSMİ

Avqustun 13-ü saat 19 radələrində Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qazax rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də mühafizəçi işləyən 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov onunla eyni yerdə fəhlə işləyən Novruz Mansurov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla sonuncunun ürək nahiyəsinə bir dəfə xəsarət yetirərək qəsdən öldürüb. Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nəsimi İsmayılov şübhəli şəxs qismində…

Read More
Kriminal 

Fındıq oğurlayan xalaoğlular saxlanıldı – FOTO/VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş müraciət əsasında keçirilən əməliyyat zamanı fındıq oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Qazbinə kəndi ərazisindəki fındıq bağından kisələrdə olan 150 kiloqram fındığın oğurlanması barədə polisə müraciət daxil olub. Müraciət əsasında keçirilən tədbir zamanı oğurluğu törətməkdə şübhəli bilinən Mahamalar kənd sakini İxtiyar Qımrıyev və xalası oğlu Tale Ocaqverdiyev saxlanılıb. honda.az Узнать больше Saxlanılan şəxslər ifadələrində əməllərini etiraf edib və oğurladıqları fındığı kənd ərazisində “Kanal” kimi tanınan ərazidə gizlətdiklərini bildiriblər. “102” Zəng Mərkəzinə müraciət edən…

Read More
Kriminal 

Oğul anasını qətə yetirib

Yevlaxda oğul anasını qətə yetirib. ARANTV.AZ xəbər verir ki,  hadisə Kövər kəndində baş verib. Oğul münaqişə zəminində yaşlı anası Gülnaz Paşayevanı boğaraq öldürüb. Qətli törədən şəxsin içkili vəziyyətdə vəziyyətdə olduğu bildirilir. Faktla bağlı rayon Prokurluöunda cinayət işi açılıb.

Read More
Kriminal 

Hövsanda gözətçini kim(lər) vəhşicəsinə öldürüb?

Adil Bayramov 10 aydır oğlunun qətlinin üstünün açılmamasına etiraz edir Suraxanı rayonu, Hövsan qəsəbəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Zığ şossesi-Hava Limanı 12-ci kilometrliyində inşa etdiyi Hövsan yaşayış kompleksinin qarovulçusu, 1992-ci il təvəllüdlü Rüstəm Adil oğlu Bayramov 10 oktyabr 2020-ci ildə qətlə yetirilib. Rüstəm Bayramovun atası Adil Bayramov oğlunun qətlinin üstünün açılmamasına etiraz edir. O, baş prokuror Kamran Əliyevə müraciət edərək cinayət işinin Suraxanı Rayon Prokurorluğundan alınaraq Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırılmasını istəyir: “10 aydır ki, Suraxanı Rayon Prokurorluğunda başlanmış cinayət işi yerində sayır. Cinayətin üstünü açmağa həvəsli görünmürlər. Oğlumun…

Read More
Kriminal 

Qardaş bacını BIÇAQLADI

Gəncədə bıçaqlanma olub. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin “Cavadxan” qəsəbəsində qeydə alınıb. 29 yaşlı Əzizova Ayşə Sehrəddin qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, qadın qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Müştərilərə qəlyan təklif etmək kafe sahibinə baha başa gəldi – VİDEO

Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsi yerləşən “Club-85” adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyini aşkar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib. Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt…

Read More
Kriminal 

“Doğma qatillər” və mentalitetə vurulan bıçaqlar…

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri: “35 ildə birinci yaydır ki, belə gərgin işləyirəm” Son günlər ölkədə ana və arvad qatili, gəlin və kürəkənin öz yaxın adamları tərəfindən qanının tökülməsi ilə bağlı baş vermiş cinayətlər haqlı narahatlıq doğurur. Son günlər qohumlar və doğmalar tərəfindən törədilən ağır cinayətlərin sayı artıb. Gəncə şəhəri, Məhsəti qəsəbə sakini 1980-ci il təvəllüdlü Ramin Rüstəmovun iyulun 24-də anası 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi səbəbindən sonuncu avqustun 7-də ölüb. Ramin Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.…

Read More