Bakıda kafedə dava: bir nəfər bıçaqlanıb
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Hüseynov Azər Şahəddin oğlu kafenin işçisi ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsi araşdırır.
Read More