Kriminal 

Bakıda məhkəmə hakimi arvadını ov tüfəngi ilə öldürüb

Bakıda məhkəmə hakimi arvadını öldürüb. ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gecə saat 23:30 radələrində paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib. Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, cütlüyün üç övladı var. Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.”Qafqazinfo”

Read More
Kriminal 

Bakıda ər və arvad arasında qanlı savaş: Bir-birilərinə 15 bıçaq zərbəsi vurdular

Bakıda ər və arvad bir-birini bıçaqlayıb. “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində yeddi ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində səkkiz ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır.

Read More
Kriminal 

Rusiyada polis özbaşınalığı: Azərbaycanlı başından güllələndi – FOTO/VİDEO

Rusiyada polis saxlanılan şəxsin başından təsadüfən güllələyib. “Mash” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb. Bildirilir ki, hadisə Novosibirskdə qeydə alınıb. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Kadrlardan görünür ki, sürücü şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparılır. Bu vaxt sərnişinlərdən biri – 19 yaşlı Vəkil adlı şəxs polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bütün baş verənləri isə digər sərnişin telefonunun kamerasına…

Read More
Kriminal 

Bakıda gənc qız oğlanı və özünü bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda 19 yaşlı oğlan beş yerindən bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. 2002-ci il təvəllüdlü Qarayev Orxan Elçin oğlu naməlum şəxslərlə dava zamanı onun qol, baş və ayaq nahiyələrinə ümumilikdə beş bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Bakı sakinini qonşusu baltaladı

Bakının Xətai rayonunda qonşu qonşusunu baltalayıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Məzahir Bayramov, 2 ünvanında baş verib. 1988-ci il təvəllüdlü Cavadov Hüseyn Emil oğlu qonşusu ilə mübahisə edib. Mübahisə zamanı o qonşusu tərəfindən baltalanıb. H.Cavadov baş və qol nahiyələrinin kəsilmiş və əzilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Bakıda 30 yaşlı kişi bıçaqlandı

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasının yaxınlığında qeydə alınıb. 1991-ci il təvəllüdlü Musayev Şəhriyar Arif oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. Belə ki, Ş.Musayev bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Read More
Kriminal 

Ananı yaralayıb övladını öldürən şəxsin işi Gəncə Ağır Cinayətlər Məhkəməsində

2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda aparılan cinayət işi başa çatıb. Tərtər rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb. Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi…

Read More
Kriminal 

Bakıda cibgirlik edən bacıların görüntüləri yayıldı (FOTO/VİDEO)

Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakinləri Dilşad Ağammədova və bacısı Fəridə saxlanılıblar. Onların ətraflarında həyata keçirilən tədbirlərlə bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xəttləri ilə hərəkət edən avtobuslarda, həmçinin ticarət obyektlərində 10-a yaxın şəxsin cibindən pul, mobil…

Read More
Kriminal 

Azərbaycanda övladını özünə bənzətməyən atadan DƏHŞƏTLİ ƏMƏL – Gecə saat 5-də…

Ötən ilin avqust ayında gecə saat 05 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində həyat yoldaşı Şəhanə Məmmədovanı amansızlıqla öldürməyə cəhd edən 1976-cı il təvəllüdlü Baba Məmmədov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsilə təqsirləndirilən B.Məmmədovun hadisə vaxtı arvadına 22 bıçaq zərbəsi endirməsi məlum olub. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məlum olub ki, B.Məmmədov 4 azyaşlı uşaq anası olan həyat yoldaşı Şəhanəni qısqanclıq zəminində öldürməyə çalışıb. Belə ki, mal-qara saxlayan və dolanışığı…

Read More