Kriminal 

Siyəzəndə kişi qohumu tərəfindən bıçaqla qətlə yetirildi

Mayın 2-də saat 11 radələrində Siyəzən rayonu, Zarat kəndində Hüseynov Hüseyn Zülfüqar oğlunun bıçaqlanması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Siyəzən rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin qohumu Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qabil Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda…

Read More
Kriminal 

Bakıda 56 yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Məmmədova Mayisə Məmməd qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Read More
Kriminal 

55 yaşlı kişini bıçaqlayan şəxs əvvəllər əsgərlikdən qaçıbmış

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Lək kəndi ərazisindən 1966-cı il təvəllüdlü Rövşən Vəzirov iki bıçaq zərbsi ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin onun həmkəndlisi 1993-cü il təvəllüdlü Aslan Həsənli oldğu müəyyən edilib. A.Həsənli ətrafında aparılan araşdırma zamanı həmin şəxsin bir müddət öncə hərbi xidmət yerini qanunsuz tərk etdiyi üçün məhkum olunduğu məlum olub.

Read More
Kriminal 

Gəncədə kişi borca görə öldürüldü

28 avqust 2020-ci il tarixdə Gəncə şəhər sakini, 1953-cü il təvəllüdlü Dəmirov Yusif Fərhad oğlunun yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Gəncə Şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla zərərçəkmişin qohumu Rəfiyev Seymur Natiq oğlunun Yusif Dəmirova olan borcunu qaytara bilməməsi və sonuncunun ondan borcunu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı…

Read More
Kriminal 

Hüseyn Bayramov əmisi nəvəsi tərəfindən bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Albalılıq yaşayış massivində qeydə alınıb. 1996-cı il təvəllüdlü Bayramov Hüseyn Bayram oğlu əmisinin nəvəsi ilə mübahisə edərkən bıçaqlanıb. O, sağ döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirilib

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib. ARANTV.AZ  xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb. Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.“Report”

Read More
Kriminal 

Bakıda kişi arvadını və qayınanasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Məcidova Aysel Asəf qızı və anası, 1973-cü il təvəllüdlü Əzizova Arzu Məzahim qızı kürəkəni tərəfindən bıçaqlanıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Hadisənin təfərrüatı araşdırılır.“Report”

Read More
Kriminal 

Bir-birini bıçaqladılar

Bakıda iki kişi bir-birini bıçaqlayıb. ARANTV.AZ xəbər verir ki, gecə saat 12 radələrində Nəsimi rayonunda baş verib. Küçədə mübahisə edən iki kişi sonda bıçağa əl atıblar. 33 yaşlı Telman Nadirov münaqişə zəminində 26 yaşlı Sudef Abbaszadənin qarnından bıçaqla vurub. S.Abbaszadə də T.Nadirovu sinəsindən bıçaqlayıb. Onlardan biri 5 saylı, digəri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Read More
Kriminal 

Sarayda 18 yaşlı oğlan qonşu kişini boğub öldürdü – İŞ MƏHKƏMƏDƏ

Abşeron rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən 2003-cü il təvəllüdlü İsmayıl Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. İttihama görə, bu il yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə…

Read More