Bölgə 

Yevlaxda fərdi sahibkarlara rezident statusu verilib – FOTO

“Yevlax Pilot Aqroparkda “İSFA” MMC, “XAR AGRO” MMC, “AGROTOP” MMC və fərdi sahibkarlar Mehman Rəhimov və Firdovsi Əhmədova rezident statusu verilib”. Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyd edib. O bildirib ki,  rezidentlər tərəfindən 177,4 hektar sahədə investisiya həcmi 4,3 milyon manatdan çox olan intensiv meyvə bağları, tingçilik və tərəvəzçilik təsərrüfatları salınacaq, 53 nəfər daimi, 187 nəfər isə mövsümi işlə təmin ediləcək.  

Read More
Bölgə 

Cəlilabadda itin dişlədiyi yeniyetmə ölüb

Cəlilabad rayonunda itin dişlədiyi yeniyetmə ölüb. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb. Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib. Müxtəlif xəsarətlər alan yeniyetmə rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub. Daha sonra o, paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Lakin yeniyetmə yerləşdirildiyi xəstəxanada qəfildən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Bölgə 

Bu ilin sonunda Şuşaya ilkin olaraq 1 500 sakin köçürüləcək

Bu ilin sonundan etibarən Şuşa şəhərinə ilkin olaraq 1 500 sakinin köçürülməsi nəzərdə tutulub. “Report”un Şuşaya ezam edilmiş müxbirinin verdiyi məlumata görə, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bunu bu gün Şuşa şəhərində keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib. “Böyük qayıdış” Dövlət Proqramına əsasən, Şuşanın keçmiş sakinlərinin bu şəhərə qayıtması və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün artıq Şuşada ötən ilin avqust-sentyabr aylarından başlayaraq 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb”, – K. Quliyev qeyd edib. Şuşada görülən…

Read More
Bölgə Region Xəbərləri 

Bərdənin Muğanlı kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir-FOTO

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Muğanlı kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illər kənd qazlaşdırılıb, kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 9 ədəd bulaq tikilmişdir. Kəndin ərazisində GPON texnologiyalı yeni rabitə şəbəkəsi tikilib, evlərin 95%-nə sürətli internet verilib, İnzibati ərazi dairəsini əhatə edən 17,5 km kəndlərarası yol yenidən qurulmuş və asfaltlanmış, o cümlədən yolun 3 km-i Muğanlı…

Read More
Bölgə Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının kollektivi Qazi və şəhid ailələrində olmuşlar-FOTO

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları bu dəfə Müstəqillik günü ilə bağlı YAP-a yeni üzv olmuş şəhid anası Xuraman Naibova ilə birlikdə Vətən torpaqlarını bütövləşdirərək dövlət müstəqilliyimizi yüksəklərə qaldıran Qazi və şəhidlərimizin ailələrində olmuşlar. YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla Aparatın əməkdaşları, partiya fəalları – ƏPT sədri Mehparə Mustafayeva, Məqsəd Əzizov, Oktay Salahov, həmçinin iş adamı Surxay Əliyev “Azərbaycan bayrağı” ordenli şəhid Dövran Naibovun anası Xuraman Naibova ilə birlikdə Vətən müharibəsində göstərdiyi iğidliyə gorə üç medala layiq görülmüş şəhid Nofəl Əlizadənin ailəsində, ayağını və gözünun birini…

Read More
Bölgə 

Beş şagird Abşeron kanalına düşdü: Ceyranbatanda daha bir faciə – VİDEO

Bir vaxtlar Finlandiyanı silkələyən Bodom gölü faciəsi, deyəsən, Abşeronda təkrarlanır. Fərq yalnız ondadır ki, Bodomda hansısa cinayətkar gölün sahilinə gələn dörd yeniyetmədən üçünü qətlə yetirmiş, birini isə yaralamışdı. Abşeronda isə Samur-Abşeron kanalı ona yaxınlaşan uşaqları “udur”. Bu səbəbdən yerli sakinlər onu “ölüm kanalı” adlandırırlar. Ətrafı açıq, mühafizə olunmayan bu kanal, demək olar ki, hər gün can alır… Bakupost.az-a şikayət edən sakinlər bildiriblər ki, ötən gün burada daha bir faciə yaşanıb. Onların sözlərinə görə, Ceyranbatan 1 saylı tam orta məktəbinin beş şagirdi Samur-Abşeron kanalına düşüb. Hadisə nəticəsində onlardan biri – 8-ci…

Read More
Bölgə 

Qubadlı rayonunun Əfəndilər kəndi – FOTO

Qubadlı rayonunun Əfəndilər kəndi Həkəri çayının sahilində, İncə düzündə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə bir edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Əfəndilər kəndinin görüntülərini təqdim edir.  

Read More
Bölgə 

Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılaraq köməksiz qalan şəxs xilas edildi – FOTO/VİDEO

Qəbələ rayonunda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndi ərazisində 1 nəfərin dağlıq ərazidə yıxılaraq təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, Qəbələ rayon sakini 1985-ci il təvəllüdlü Nazim İsakov mürəkkəb relyefli dağlıq ərazidə yüksəklikdən yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təhlükəli vəziyyətə düşüb. Əvvəlcə, xəsarət almış şəxsə xilasedicilər tərəfindən ilkin yardım…

Read More
Bölgə 

Sahibsiz itlərlə bağlı problem tezliklə həllini tapacaq – AÇIQLAMA

Son zamanlar Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər uşaq, qoca, yaşlı, cavan demədən hər kəsə hücum edirlər. Bəziləri bundan yüngül xəsarətlərlə canını qurtara bilsə də, bir çoxları aldıqları ağır yaralar səbəbilə günlərlə palatalarda yatmalı olurlar. Bunu BAKU.WS-in qaynar xəttinə daxil olan video və fotolardan ibarət çoxsaylı şikayətlər də sübut edir. Bəs görəsən bu xoşagəlməz hal nə vaxta qədər davam edəcək? Aidiyyatı qurumlar məsələdən xəbərdardırlar? Xəbərdardırlarsa, qarşısnı almaq üçün hər hansı profilaktiv tədbir görürülür? Problemlə bağlı BAKU.WS-ə danışan heyvansevər Elxan…

Read More
Bölgə 

Cəbrayıl rayonunun Dağtumas kəndi – FOTO

Cəbrayıl rayonunun Dağtumas kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 23-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dağtumas kəndinin görüntülərini təqdim edir:  

Read More