Bölgə Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının kollektivi Qazi və şəhid ailələrində olmuşlar-FOTO

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları bu dəfə Müstəqillik günü ilə bağlı YAP-a yeni üzv olmuş şəhid anası Xuraman Naibova ilə birlikdə Vətən torpaqlarını bütövləşdirərək dövlət müstəqilliyimizi yüksəklərə qaldıran Qazi və şəhidlərimizin ailələrində olmuşlar.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla Aparatın əməkdaşları, partiya fəalları – ƏPT sədri Mehparə Mustafayeva, Məqsəd Əzizov, Oktay Salahov, həmçinin iş adamı Surxay Əliyev “Azərbaycan bayrağı” ordenli şəhid Dövran Naibovun anası Xuraman Naibova ilə birlikdə Vətən müharibəsində göstərdiyi iğidliyə gorə üç medala layiq görülmüş şəhid Nofəl Əlizadənin ailəsində, ayağını və gözünun birini müharibədə itirmiş, igidliyinə görə üç medalla təltif olunmuş qazi Punhan Əliyevin və qazi, sonradan avtomobil qəzasında ailəliklə faciəli şəkildə həlak olmuş İlkin Baxşəliyevin tək qalmiş bacısı Fəridə Baxşəliyevanın yanında olmuş, Müstəqillik gününün qürurunu onlarla birlikdə qeyd etmişlər.
Görüş zamanı Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun tarixi Zəfərindən və bu qələbəni qanları və canları hesabına əbədilik muqəddəşləşdirmiş şəhidlərimizin igidliklərindən və Vətən sevgisindən danışmışlar. Onlar şəhid və qazilərimizin can qoyduqları amalı uca tutaraq şəhid ailələri adından ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya bu kateqoriyadan olan insanlara diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Ailələr igid şəhid anasının onlarla görüşdə iştirak etməsini ayrıca qiymətləndirmişlər.
YAP Bərdə rayon təşkilatının fəalları şəhid ailələrinin və qazilərimizin problem və çətinlikləri ilə maraqlanmış, müəyyən köməkliklər göstərmişlər.

Daha çox xəbərlər