Bölgə 

Cəlilabadda itin dişlədiyi yeniyetmə ölüb

Cəlilabad rayonunda itin dişlədiyi yeniyetmə ölüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.

Müxtəlif xəsarətlər alan yeniyetmə rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.

Daha sonra o, paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Lakin yeniyetmə yerləşdirildiyi xəstəxanada qəfildən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər