Bölgə 

Salyanda ümumi əkin sahəsi azalıb

Salyanda ümumi əkin sahəsində azalma müşahidə olunub. Salyan Rayon Statistika İdarəsindən “Report”un Aran bürosuna verilən məlumata görə, bu il 45708,1 hektar kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 14852,9 hektarını dənli və dənli paxlalı bitkiləri, 10337,6 hektarını texniki bitkiləri, 490,0 hektarını kartof, 1785,6 hektarını tərəvəz, 1025,0 hektarını bostan bitkiləri və 17217,0 hektarını isə yemlik bitkiləri təşkil edib. Cari ilin məhsulu üçün ümumi əkin sahəsi əvvəlki illə müqayisədə 202,9 hektar və ya 0,4 faiz azalıb.

Read More
Bölgə Hadisə 

Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb -VİDEO

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb. Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Bu tədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Bölgə Region Xəbərləri 

Fermer: “Soğanı aşağı qiymətə satmaqdansa, satmamaq yaxşıdır” – VİDEO

Bərdədə payızlıq soğanın yığımına başlanılıb. Bu il əkin sahələri ötən il ilə müqayisədə təxminən eyni olsa da, qiymətlər xeyli aşağıdır. Belə ki, keçən il ilkin yığım vaxtı bir kiloqram soğanın qiyməti 50 qəpik civarında idisə, indi bu rəqəm 20-25 qəpik arasında dəyişir. Soğanın qiymətindən narazı olan kənd sakinləri alıcı qüvvəsinin də çox aşağı olduğunu bildiriblər. “Bu il üç hektar soğan əkmişəm. Üç hektara 15 minə yaxın xərcim çıxıb. Hazırda soğanın kisəsi altı manatdır, bu qiymətə məhsulu yığmasaq, daha yaxşıdır”, – kənd sakini deyib. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Bölgə 

Bərdədə müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb – VİDEO

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb. Xezerxeber.az-ın məlumatına görə, rayonun Hacalı kənd sakini Ağgül Əhmədova deyib ki, əməkhaqqını almaq istəyərkən bank kartında pul olmadığını görüb. Kənd məktəbində müəllim işləyən Ağgül Əhmədova bildirib ki, problemlə bağlı banka müraciət edib. A.Əhmədova hesab edir ki, onun pensiya kartına da müdaxilə etmək istəyiblər, ancaq bu alınmayıb. O, dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Ətraflı süjetdə:

Read More
Bölgə 

Goranboyda güclü külək fəsadlar törədib – FOTO

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib. “Report”un məlumatına görə, günün ikinci yarısından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb. Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.  

Read More
Bölgə 

Bərdəlilərin kabusuna çevrilən kənd yolları – VİDEO

Bərdənin Məmmədli kəndi uzun müddətdir asfalt üzünə həsrət qalıb. Sakinlər bildiriblər ki, aidiyyəti orqanlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Kəndimizə təcili tibbi yardım, taksi gəlmir. Neçə dəfə bu kənddə ev yanıb. Yanğınsöndürənlər yanıb qurtarandan sonra gəlib çata biliblər”. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, qeyd edilən kənd yolu təmiri nəzərdə tutulan avtomobil yollarının siyahısına daxil edilib. Bununla bağlı yaxın gələcəkdə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq. Qeyd edək ki, sözügedən yol Yevlax-Ağcabədi magistral avtomobil yolunu da birləşdirir. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Bölgə 

Quba və Qusar İlaxır çərşənbəni qarla qarşıladı – FOTO/VİDEO

Quba və Qusarın dağlıq ərazilərinə İlaxır çərşənbədə qar yağıb. Belə ki, qar gecə saatlarından etibarən yağmağa başlayıb. Qubanın Dərk, Qrız kəndləri və ətraf ərazilər ağ örpəyə bürünüb. Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən Bizim.media-ya bildirilib ki, 3 santimetr qar düşən Qrız kəndində mənfi 3,2 dərəcə şaxta qeydə alınıb.

Read More
Bölgə 

Bəzi bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb – FAKTİKİ HAVA

Martın 19-u saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib, əksər bölgələrdə yağış, dağlıq rayonlarda qar yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakı və Abşeron yarımadası, Qobustan, Sabirabad, Kürdəmir, Göyçay, Yevlax, Mingəçevir, Naftalan, Gəncə, Göygöl, Şəmkir, Tovuz, Naxçıvan, Şərur, Sədərək, Şahbuz, Culfa, Şamaxı, İsmayıllı, Ağsu, Oğuz, Ağdam, Ağcabədi, Tərtər, Zərdab, Beyləqan, Lənkəran, Biləsuvar, Astara, Lerik, Yardımlı, Neftçala, Cəlilabad, İmişli, Qax, Balakən, Zaqatala, Qəbələ, Şəki, Quba, Şabrana yağış, Qusar, Şahdağ, Xaltan, Qrız, Daşkəsən, Kəlbəcər, Gədəbəyə isə qar…

Read More
Bölgə 

“A Yel baba, Yel baba, qurban olum gəl baba” – Lənkəranda Yel çərşənbəsi VİDEO

  Bu gün Baharın müjdəçisi, Novruzun gəlişindən xəbər verən üçüncü çərşənbə – Yel çərşənbəsidir. El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi də tanınır. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Folklorşünas Ağamir Cavad AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycan şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə…

Read More
Bölgə 

Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində özünəməxsus şəkildə qeyd olunur FOTO VİDEO

    Bu gün ölkəmizdə Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsi qeyd edilir. Yazın gəlişi ilə təbiət oyanır, həyat canlanır. Xalqımızın ən qədin bayramlarından olan Novruzun bu fəsildə qeyd edilməsi də təsadüfi deyil. ARANTV.AZ xəbər verir ki, Şamaxı sakinləri ənənələri bu günə kimi yaşadır, tonqal qalayıb, müxtəlif ayinləri yerinə yetirirlər. Yel çərşənbəsi Şamaxının Dəmirçi kəndində özünəməxsus şəkildə qeyd olunur. Baharın gəlişinə saylı günlər qalsa da, kəndin yaxınlığında olan dağlar ağ örpəyə bürünüb. Səmada ara-sıra Günəş görünür. Havanın sərt, soyuq olması yerli sakinləri bayram ab-havasından uzaqlaşdıra bilməyib. Kənd sakinləri hər il…

Read More