Bölgə 

Goranboyda güclü külək fəsadlar törədib – FOTO

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.

“Report”un məlumatına görə, günün ikinci yarısından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Daha çox xəbərlər