Bölgə 

Salyanda ümumi əkin sahəsi azalıb

Salyanda ümumi əkin sahəsində azalma müşahidə olunub.

Salyan Rayon Statistika İdarəsindən “Report”un Aran bürosuna verilən məlumata görə, bu il 45708,1 hektar kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 14852,9 hektarını dənli və dənli paxlalı bitkiləri, 10337,6 hektarını texniki bitkiləri, 490,0 hektarını kartof, 1785,6 hektarını tərəvəz, 1025,0 hektarını bostan bitkiləri və 17217,0 hektarını isə yemlik bitkiləri təşkil edib.

Cari ilin məhsulu üçün ümumi əkin sahəsi əvvəlki illə müqayisədə 202,9 hektar və ya 0,4 faiz azalıb.

Daha çox xəbərlər