Bölgə 

Bərdə-Xankəndi dəmiryolunun maketini hazırlayan müharibə iştirakçısı – VİDEO

Rəssam Bayram Əlioğlu Qarabağın əsas nəqliyyat infrastrukturlarından olacaq Bərdə-Ağdam-Xankəndi dəmir yolunun maketini hazırlayır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan müəllif hər zaman torpaqlarımızın azad olunacağı arzusu ilə yaşadığını bildirib. Rəssamın sözlərinə görə, onda miniatür maket hazırlamaq həvəsi 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra yaranıb. “Bunu işğaldan azad olunan ərazilərimizdə sərgiləmək istəyirəm”, – deyə o əlavə edib. Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Read More
Bölgə 

200 ildən çox yaşı olan məşhur Lənbəranskilərin evi dağılır – VİDEO

Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, görkəmli dövlət xadimi, Əməkdar həkim Cəmil Lənbəranski və onun oğlu Əliş Lənbəranskinin vaxtilə Bərdənin Lənbəran kəndində yaşadıqları ev dağılmaq üzrədir. Kənd sakinlərinin sözlərinə görə, tikili 30 ildən çoxdur baxımsız vəziyyətdə qalıb: “Tikilinin 200 ildən çox yaşı var. Əvvəllər yaxşı görkəmi var idi, indi isə ev dağılıb gedir. Lənbəranskilərin evinin bu vəziyyətdə qalmasını özümüzə bağışlamamalıyıq. Abidə xalqın tarixidir”. Ətraflı Baku TV-nin süjetində:

Read More
Bölgə 

Xaçmazda emal olunan fındığın 90 faizi xarici bazara göndərilir VİDEOREPORTAJ

  Fındıqçılıq Xaçmaz rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən sayılır. Kənd əhalisinin əsas qazanc mənbələrindən olan fındıq istehsalı son illər daha da artıb. Bu səbəbdən rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi ilə yanaşı, artıq fındığın emalı və təkrar emalını həyata keçirən fabriklər də fəaliyyətə başlayıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qusarçay kəndində fəaliyyət göstərən fındıq fabrikində gün ərzində 20 ton məhsul emal olunur. Fabrikdə təsərrüfatçılardan alınan qabıqlı fındıq sındırılaraq ləpə halına salınır. Emal olunan fındıq ləpəsinin 90 faizi xarici bazara ixrac edilir. Müəssisənin icraçı…

Read More
Bölgə 

Sağlam toxum məhsuldarlığın əsası deməkdir – toxumçuluq müəssisəsindən reportaj

    Balakəndəki toxumçuluq müəssisəsi ildə 2 min ton qarğıdalı, 8 min ton elit arpa və buğda istehsalı həyata keçirir. Bu, bölgədə ilk belə müəssisədir. ARANTV.AZ  xəbər verir ki, ölkəmizdə iqtisadiyyatın, o cümlədən onun qeyri-neft sahəsinin inkişaf etdirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə bir sıra proqram və layihələr həyata keçirilir. Xüsusən aqrar sektorun inkişafı istiqamətində fermer və sahibkarlara güzəştli kreditlər, lizinq yolu ilə maşın və texnikalar verilir. Dövlət dəstəyindən, əlbəttə ki, özəl sahibkarlıq subyektləri də yetərincə faydalanır. Belə müəssisələrdən biri də Balakəndə fəaliyyət göstərən toxumçuluq müəssisəsidir. Balakənin Püştətala kəndi…

Read More
Bölgə 

Şəbəkə ustası: Xarici turistlərin əl işimə maraq göstərmələri məni sevindirir FOTO

Şəkili gənc şəbəkə ustası Vüqar Rəsulzadə yeddi ilə yaxındır ki, “ABAD”la əməkdaşlıq edir. O, sənətkarlar diyarı kimi tanınan Şəkinin ilk “ABAD”çılarındandır. Azərbaycanın tanınmış şəbəkə ustalarının nəslində dünyaya gələn Vüqar uşaq yaşlarından bu qədim el sənətinə böyük maraq göstərib. O, babası Əşrəf Rəsulovun, atası Tofik ustanın sənət yolunu uğurla davam etdirərək şəbəkə sənətinin incəliklərinə, sirlərinə dərindən yiyələnib. Şəkinin tarixi məkanlarından olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisindəki ailəsinə məxsus emalatxanada fəaliyyət göstərən Vüqarın hazırladığı şəbəkə nümunələri, kiçikölçülü suvenirlər Şəkiyə gələn yerli və xarici turistlər tərəfindən maraqla qarşılanır. Hazırda emalatxanada Dövlət Turizm…

Read More
Bölgə 

Lənkəranda davam edən Qanlı Yanvar hadisələri – şahidlər danışır VİDEO

1990-cı il yanvarın 26-sı. Soyuq qış günü. Bakıdan törədilən Qanlı Yanvar qırğınından sonra bu dəfə dəhşətli xəbərlər bölgələrdən gəlməyə başladı. Ölkəmizin hər yerində imperiya əsarətinə, torpaqlarımızın işğalına qarşı etiraz edən həmvətənlərimiz haqq səslərini dünyaya çatdırmağa çalışırdılar. Cənub bölgəsində, o cümlədən Lənkəranda da vəziyyət gərgin idi, azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı. Hər gün şəhərin əsas meydanında mitinq keçirilirdi. Sovet hakimiyyətinin anti-Azərbaycan qərarlarına etiraz edən insanları qorxutmaq üçün səmaya helikopterlər qaldırılsa da, əhali geri çəkilmirdi. Bunu görən sovet ordusu Bakıda, Cəlilabadda və Neftçalada həyata keçirdiyi qırğını Lənkəranda da törətmək üçün hərəkətə…

Read More
Bölgə 

Güclü qar Cəlilabadda ciddi fəsadlar yaradıb: Onlarla kənd işıqsız qalıb – FOTO

Güclü qar Cəlilabad şəhərinin bir hissəsini və rayonun 90 kəndini işıqsız qoyub. Bu barədə “Report”un yerli bürosuna Cəlilabad Rayon İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, Cəlilabad rayonunda yağan güclü qarın fəsadları və elektrik enerjisinin verilişində yaranmış fasilələrlə bağlı problemlər həll edilir. Bildirilib ki, yanvar 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qarın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər gündəlik və mütəmadi şəkildə davam etdirilir. Cəlilabad Rayon İcra Hakimiyyətində yaradılan Qərargah gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Görülmüş operativ tədbirlər nəticəsində şəhər və kəndlər arasında avtomobil yolları qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkətində heç…

Read More
Bölgə 

İlisunun qış görüntüləri FOTOREPORTAJ

Qış fəsli öz sərt üzünü göstərməkdədir. Bir neçə gündür respublikamızın ərazisinə, o cümlədən şimal-qərb bölgəsi rayonlarına qar yağır. Ulu babalarımız deyib ki, qışda qar nə qədər çox yağarsa, yaz, yay, payız aylarında məhsul da bir o qədər bol olar. Qar bolluq, bərəkət rəmzi sayılır. İndi yağan qarın taxılçılığa, meyvəçiliyə çox böyük xeyri var. Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 30-35 santimetrə çatır. Yağan qar sakinlər üçün ciddi problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Havaların qeyri-sabit, qarlı keçməsi ilə…

Read More
Bölgə 

Zaqatalaya 42 sm qar yağıb, rayonlarda şaxta olub – FAKTİKİ HAVA + FOTO

Yanvarın 23-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-də 2…

Read More
Bölgə 

Cəlilabada yağan güclü qar çiyələk təsərrüfatlarına ziyan vurub – FOTO

Cəlilabad rayonunda yağan güclü qar çiyələk təsərrüfatlarına müəyyən ziyanlar vurub. “Report”un məlumatına görə, əksər təsərrüfatlarda örtük altında becərilən sahələr qar altında qalıb. Nəticədə güclü qarın ağırlığına tap gətirməyən dəmir armaturlar əyiliblər. Sıradan çıxan örtüklər qısa müddət ərzində yenidən qurulmazsa, yetişmə ərəfəsində olan məhsul tamamilə məhv ola bilər.  

Read More