İlisunun qış görüntüləri FOTOREPORTAJ
Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 30-35 santimetrə çatır. Yağan qar sakinlər üçün ciddi problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.
Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar Qax rayonunun yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülür. Avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənib. Görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.
AZƏRTAC-ın bölgə müxbiri Qaxın İlisu kəndindən bu gün çəkdiyi qış mənzərələrini təqdim edir.