Hadisə 

DİN: Ötən gün 60 cinayətin üstü açılıb

Fevralın 10-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Read More
Hadisə 

Bakıda İNTİHAR: məktəbli qız binanın damından özünü atdı

Bakıda dəhşətli intihar baş verib. Hadisə bu gün səhər saatlarında Nizami rayonunda, “Neftçilər” metrostansiyası yaxınlığında qeydə alınıb. 16 yaşlı Kamilə Nemət qızı Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbi hələlik məlum olmasa da, K.Məmmədovanın məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır./Lent.az

Read More
Hadisə 

Bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb

Keçən il bələdiyyələrin yol verdiyi 21 qanun pozuntusu üzrə cinayət işi başlanıb. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”də öz əksini tapıb. Məruzəyə əsasən keçən il: – Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb;…

Read More
Hadisə 

Goranboyda yük avtomobili çaya aşıb, ölən var

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un yerli bürosu xəbər verir ki, fevralın 8-də saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Orucov Yusif Ənvər oğlu idarə etdiyi “KamAZ” yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi çaya aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb. Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Read More
Hadisə 

Astarada qəzada motosiklet sürücüsü ÖLDÜ

Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb. Hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Avsəl Ocaqovun idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Araşdırma aparılır.//APA

Read More
Hadisə 

Samuxda süni sututarda 23 yaşlı mühafizəçi batıb – YENİLƏNİB

Samuxda süni sututarda batan şəxsin kimliyi məlum olub. Rayonun Sarıqaya kəndində süni sututarda batan Goranboyun Baxçakür kənd sakini 2002-ci il təvəllüdlü C.Əliyevdir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki C.Əliyev sözü gedən ərazidə yerləşən şirkətlərin birində mühafizəçi işləyirmiş. Faktla bağlı araşdırma aparılır.   (APA) *** Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Sarıqaya kəndində süni sututarında 1 nəfərin batması barədə məlumat daxil olub. Musavat.com-un xəbərinə görə, məlumatla əlaqədar FHN-in…

Read More