Hadisə 

Bu rayonda qumarxana AŞKARLANDI

Şamaxıda qumarxana aşkarlanıb. Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E. Allahverdiyev, Z. Nəsibov, T. Pənahov və Ə. Quliyev, eləcə də obyektin sahibi N. Məlikov saxlanılıblar. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. (APA)

Read More
Hadisə 

47 yaşlı qadın faciəvi şəkildə öldü

Xaçmaz rayonunda 47 yaşlı qadın dəm qazından boğulub. ARANTV.AZ  xəbər verir ki, 1978-ci il təvəllüdlü Mətanət Niyazəddin qızı Əmrahova yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü – Dəhşətli hadisənin VİDEOsu

Azərbaycanlı gənc Polşada qəzada ölüb.  Hadisə Varşava yaxınlığında qeydə alınıb. Zaqatala rayon 3-cü Tala kənd sakini, 29 yaşlı Anar Əsədlinin idarə etdiyi avtomobil qatarla toqquşub.  Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hazırda onun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, Anar Əsədli 2 ildir Polşada yaşayır və işləyirmiş. Lent.az qəza anının görüntülərini də əldə edib. Həmin görüntüləri təqdim edirik:

Read More
Hadisə 

Bakıda DƏHŞƏT: kişi özünü binadan atdı

Bakıda kişi özünü binadan atıb. Hadisə Nərimanov rayonu, F. Yusifov küçəsində baş verib. 52 yaşlı Məmmədzadə Mustafa Yasəf oğlu binanın 9-cu mərtəbəsindəki yaşadığı evin yataq otağının pəncərəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.  (lent.az)

Read More
Hadisə 

Qazi mayor VƏFAT ETDİ – FOTO

Gəncədə qazi xəstəlikdən vəfat edib. 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan mayor Həşim Həşimov bu gün Gəncə şəhərində dünyasını dəyişib. Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qazinin bu gün dəfin ediləcəyi qeyd olunub. Məlumata görə, bir neçə ay əvvəl Həşim Həşimovun ayağının biri amputasiya edilib. Həşimov “Vətən uğurunda”, “Füzulinin azad olunması”, “Xocavəndin azad olunması” və bir sıra medallarla təltif edilib. Mərhum hərbçi ailəli olub və iki qız övladı var.   (lent.az)

Read More
Hadisə 

Üç gündür itkin düşən oğlanın telefonu kanaldan tapıldıVİDEO

Ağcabədidə itkin düşən gənc oğlanla bağlı bəzi detallar məlum olub. Ailəsi 17 yaşlı Adil Həsənovdan 3 gündür ki, xəbər ala bilmir. “Evdən çıxarkən hara getdiyi barədə məlumat verməyib. Telefonu Yuxarı Qarabağ kanalının kənarından tapılıb. Heç kimlə problemi, davası olmayıb. Fəhlə işləyərək çörəyini qazanırdı, borcu da yox idi” , – deyə axtarılan gəncin atası Əkbər Həsənov bildirib. Ətraflı süjetdə:

Read More
Hadisə 

5 bacının tək qardaşı oyunun qurbanı oldu

Yardımlıda meyiti tapılan yeniyetmə ilə bağlı yeni detallar ortaya çıxıb. Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən, 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü son bir həftədə özünə qapanıb və ailə üzvlərinə qarşı əsəbi davranışlar sərgiləyib. Başqa bir məlumata əsasən, yeniyetmə ölümündən əvvəl bir məktub yazıb. Həmin məktubda onun iştirak etdiyi hansısa oyunda müəyyən bir tarixə qədər həyatına son qoymalı olduğu qeyd edilib. Xatırladaq ki, Yardımlı rayonunun Zevin kəndində 15 yaşlı Ələkbər Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirib. O, ailənin…

Read More
Hadisə 

SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu

Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub. Bu barədə Musavat.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınıb”, – məlumatda qeyd olunub. Vurğulanıb ki, yeraltı təkanların ocağı 39 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:17-də qeydə alınıb.

Read More