Hadisə 

Bakının mərkəzində ŞOK İNTİHAR: qazanxananın borusuna çıxıb özünü atdı

Bakıda intihar hadisəsi olub. Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində baş verib. 30 yaşlı Mikəyılov Hüseyn Arif oğlu burada yerləşən qazanxananın arxasında tüstü borusuna çıxaraq, özünü yerə atıb. Nəticədə H. Mikəyılov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanda məktəbdə FACİƏ: yaralı var

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib. Hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb. Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib. /APA

Read More
Hadisə 

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonundan keçən hissəsində 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Qobustanda narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinənlər tutulub

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Bakıda saxlanılan Yelena Xaxaleva barəsində həbs qərarı dəyişdirildi

Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Milli.Az xəbər verir ki,  bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məhkəmənin 4 fevral tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər rayon prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır. Qeyd edək ki,…

Read More
Hadisə 

Qazaxıstan qəzanın ilkin hesabatını açıqladı – Vurulma faktı təsdiqlənir

Partiya sədri: “Növbəti mərhələdə başqa detallar da üzə çıxacaq” Politoloq: “Diqqəti qəzanın baş vermə səbəbindən yayındırmağa çalışırlar” Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə aviasiya qəzasının təhqiqatına dair ilkin hesabat”ı dərc edib. Hesabat nazirliyin rəsmi saytında yerləşdirilib. Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının (“qara qutular”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb. “İstintaq komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşiklər və…

Read More
Hadisə 

Azərbaycanda 15 yaşlı şagird dərs zamanı qəfil öldü

Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb. Hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Read More