Hadisə 

Azərbaycanda 3 hərbçi dəm qazından zəhərləndi

Ağstafada üç nəfər dəm qazından zəhərlənib. Hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib. Onların hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. /Unikal

Read More
Hadisə 

Bakıda iki avtomobil toqquşub, 3 nəfər ölüb

Bakıda ağır yol qəzası olub. “Report” xəbər verir ki, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə “Saipa” markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb. “Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

Read More
Hadisə 

Polis əməliyyat keçirdi, 20 kiloqram narkotik aşkarlandı

Yardımlı rayonunda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxslər ifşa ediblər. Keçirilən əməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkum olunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə 20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət…

Read More
Hadisə 

Şəhid anası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi Mehrab Əliyevin anası Almaz Əliyeva dünyasını dəyişib. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, beyin qanaması diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Şəhid anası İmamzadə qəbristanlığında dəfn olunub. Qeyd edək ki, M.Əliyev Vətən müharibəsi zamanı Suqovuşan, Füzuli, Cəbrayıl və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib və yaralanaraq Mərkəzi Hərbi Hospitalda şəhidlik zirvəsinə ucalıb.

Read More
Hadisə 

26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ

Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb. Hadisə rayonun Ərşəli kəndində qeydə alınıb. İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərzəliyev Fərasət Azad oğlu atasının işlədiyi avtoyuma servisinə gəlib. Bu zaman o, ürəktutmasından müvazinətini itirərək yıxılıb və həyatını itirib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır.

Read More
Hadisə 

Azərbaycanda 5 yaşlı uşaq civə uddu

Ağdaşda azyaşlı civədən zəhərlənib. Hadisə Pirəzə kəndində baş verib. Kənd sakini 5 yaşlı N.Alxazzadə yaşadığı evdə ağzında termometr sındırıb. Nəticədə uşaq civədən zəhərlənib. O, civənin toksiki təsiri diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstəxanada tibbi yardım göstərildikdən sonra azyaşlı evə buraxılıb. (lent.az)

Read More
Hadisə 

Laçında yük avtomobili AŞDI – Ölən var

Laçında yük avtomobili aşıb. Rayonun Pircahan kəndi ərazisində, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlu idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi ilə idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.//Report

Read More
Hadisə 

Vətən müharibəsi qazisi Rusiyada öldü

Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada dünyasını dəyişib. Bir neçə gün əvvəl Rusiyaya gedən qazinin xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Onun cənazəsi bu gün Ağsu rayonunda dəfn edilib.

Read More
Hadisə 

Tiktoker “Əfi” həbs olundu

“Əfi” ləqəbli Əflatun Rüstəmov adlı “tiktoker” polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. O inzibati qaydada həbs edilib. /Unikal

Read More
Hadisə 

Azərbaycanda rüşvət alan məktəb direktoru HƏBS EDİLDİ

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib. Direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib./lent.az

Read More