Hadisə 

Lüksemburqda işləyən azərbaycanlının meyiti tapıldı

Lüksemburqda yaşayan azərbaycanlı auditor Vüqar Cəfərovun meyiti tapılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iki ilə yaxındır, “PWC” audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı Vüqarın hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil. Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, 2 ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.

Read More
Hadisə 

Qəbələdə AĞIR QƏZA – Ölən var

Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb. Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Read More
Hadisə 

İki gün öncə qəzada xəsarət alan gənc ÖLDÜ

Yanvarın 30-u Beyləqan rayonunun Birinci Aşıqlı kəndində baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan gənc ölüb. Rayonun Şərq qəsəbəsinin sakini 1999-cu il təvəllüdlü Novruzlu Fuad Zaur oğlu dünən müalicə olunduğu Beyləqan Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Qeyd edək ki, F.Novruzovun idarə etdiyi “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılmışdı. O, hadisə nəticəsində ağır bədən xəsarətləri almışdı.//qafqazinfo

Read More
Hadisə 

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT – Həbs olunanlar var – VİDEO

Rusiyanın Tver vilayətində daha bir azərbaycanlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Dəstənin tərkibinə dörd nəfər, o cümlədən iki təşkilatçı – 41 yaşlı azərbaycanlılar yerliləri E.Şərifov və İ.Əhmədov daxildir. Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar. Saxta mallar Komintern küçəsi boyunca yerləşən anbarlarda saxlanılıb. Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı cinayət işlərinin başlanıb.…

Read More
Hadisə 

Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb

Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Reginal Qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb. E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun bir müddət əvvəl narkotikləri kultivasiyasi yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədi ilə özündə saxladığı müəyyən olunub. Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda müğənni qəzaya düşdü: Vəziyyəti… – FOTO

Gənc müğənni Aila Rai qəzaya düşüb. Şahdağdan qayıdarkən qəza keçirən müğənni bu gün “Baku City Hospital”a köçürülüb. Müğənninin prodüseri Aytən xanım Musavat.com-a açıqlamasında bildirib ki, Aila Rainin hazırda vəziyyəti yaxşıdır: “Bu gün Aila xanım əməliyyat olundu. Əməliyyat yaxşı keçdi. Hazırda durumu stabildir. Hər şey yaxşıdır. Deyildiyi kimi vəziyyəti kritik, ağır deyil”. Qeyd edək ki, müğənninin ağır qəzaya düşməsi barədə ilk məlumatı Primetime.az yayıb.  

Read More
Hadisə 

İcra hakimiyyətinin əməkdaşının ailəsi ilə birgə həlak olduğu qəzanın TƏFƏRRÜATI

Salyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın bəzi detalları məlum olub. Musavat.com Baku TV-yə istinadən məlumat verir ki, avtomobildə olan Nərmin İsmayılova, onun 2 azyaşlı övladı və İsmayılovların qohumu olan sürücü Aqil Məmmədov hadisə yerində dünyasını dəyişiblər. Elşən İsmayılov isə 3 yaşlı oğlu ilə sudan çıxa bilib. “Elşən çox çalışıb, maşını üzüaşağı çevirməyə, ancaq alınmayıb. Maşının qapısını açıb uşağı qucağına alıb. Övladını qoyub kənara, sürücünü maşından çıxarıb. Görüb ki, artıq soyuqdur. Sonra digər oğlunu çıxarmağa çalışıb, nəfəs vermək istəyib, amma uşaq ayılmayıb. Qayıdıb övladı ilə həyat yoldaşını götürməyə, görüb ki, oturacağa…

Read More
Hadisə 

19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib. Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov “Mercedes” markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub. Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N. Hüseynova hadisə yerində vəfat edib. Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb. Qeyd edilib ki,…

Read More