Hadisə 

Evdə doğuş edən qadın öldü

Cəlilabadda qadın doğuşdan sonra ölüb. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Soyuqbulaq kəndində baş verib. Belə ki, kənd sakini Nahidə Abasova evdə doğuş edəndən sonra halı pisləşib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. N. Abbasova bir həftə Reanimasiya şöbəsində müalicə olunub. Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Gəncədə 7 yaşlı uşaq vəfat etdi

Gəncədə azyaşlı vəfat edib. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, 19.03.2025-cil tarixində saat 23:00 radələrində 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Qaytarılmış qidanın və südün aspirasiyası, ağciyər və ürək çatışmazlığı, dəqiqləşdirilməmiş aplastik anemiya diaqnozları təyin edilən və serebral ifliclə yanaşı digər xəstəlikləri olan pasiyentin göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:20 radələrində ölüm faktı qeydə alınıb.

Read More
Hadisə 

Ötən gün 6 nəfər tonqalda yanıb

Torpaq çərşənbəsində altı nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumatda qeyd olunub ki, müraciətlər Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən daxil olub. “Xəsarət alan 8 yaşlı qız hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı oğlan uşaqları isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. İki azyaşlının isə tibbi…

Read More
Hadisə 

Bərdədə 17 yaşlı qız kanalda BATDI

Bərdədə 17 yaşlı qız kanalda batıb. Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda batdığı ehtimal olunan 2008-ci təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Bakıda ev yandı, üç nəfər öldü- Biri uşaqdır

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.  Bu barədə Musavat.com-a FHN-dən bildirilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More
Hadisə 

Bərdədə qadın doğuşdan sonra ÖLDÜ

Bərdə rayonunda doğuş zamanı 28 yaşlı ana ölüb, körpəsi sağ qalıb. Məlumata görə, Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Füruzə Qaçaylı kəskin ağrılarla xəstəxanaya müraciət edib. 37 həftəlik hamiləlik dövründə olan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasında doğuş əməliyyatına götürülüb və əməliyyat normal keçib. Lakin daha sonra halı pisləşən F.Qaçaylı həyatını itirib, doğulan körpə (oğlan) isə sağdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//Report

Read More
Hadisə 

DTX-dən əməliyyat: hərbi texnika videolarını yayan şəxs SAXLANILDI

Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ötən gün sosial şəbəkələrin xarici seqmentində Azərbaycanın dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi texnikanın hərəkəti barədə videogörüntülər yayılıb. Faktla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, aparılan ilkin araşdırmalar nəticəsində yayımlanmış videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilib. Müəyyənləşdirilib ki, Azərbaycan vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində Azərbaycan…

Read More
Hadisə 

Xızının prokuroru yol qəzasına düşdüFOTO

Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır.  ARANTV.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Gəncədə bir ailənin üç uşağı dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. 2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür. Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir. Faktla bağlı araşdırma aparılır. /APA

Read More
Hadisə 

Gədəbəyin Qızıl qala meşəliyində YANĞIN – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızıl qala meşəliyi adlanan mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Musavat.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı yaşayış evləri və kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb. Yanğın nəticəsində dağlıq ərazidə 3 ha sahədə əsasən xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaşayış evləri, kommunikasiya xəttləri və meşə…

Read More