Hadisə 

AzTV-nin əməkdaşı VƏFAT ETDİ

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı 1978-ci il təvəllüdlü Səfərov Rəhman Namaz oğlu vəfat edib. Bu barədə AzTV sosial media hesabında məlumat yayıb. “AzTV kollektivi adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik. Qeyd edək ki, Səfərov Rəhman 1998-ci ildən AzTV-də çalışıb. 27 illik əmək fəaliyyəti dövründə televiziyanın Təsərrüfat İşləri Departamentinin Dekorasiya qrupunda böyük usta vəzifəsində çalışıb. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub.

Read More
Hadisə 

Şəkidə avtomat satan şəxs tutulduFOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz Bəşirov saxlanılıb. Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin silahı satmaq məqsədilə saxladığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib. Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif çaplı…

Read More
Hadisə 

Azərbaycanda ailə FACİƏSİ: Ana və iki övladının ölməsinin TƏFƏRRÜATIVİDEO

İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub. Zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib, oraya gedib. Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin üç üzvü ölüb. Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər. Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır. Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV)…

Read More
Hadisə 

Azərbaycanda zəlzələ oldu

Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub”, – Mərkəzin məlumatında diqqətə çatdırılıb. Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Read More
Hadisə 

Anasının sevgilisi də Mələyə işgəncə verib – dəhşətli faktlar

23 yaşlı anası tərəfindən amansızlıqla döyülən, işgəncəyə məruz qalan 3 yaşlı Mələyin sosial şəbəkədə yayılan videoları hər kəsi dərindən sarsıdıb. Körpəyə qəyyumluq edən Cəmilə Nəsirovanın sözlərinə görə, uşağın atası narkotik aludəçisidir. Bu məlumatı ona Mələyi döydüyü üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ana Fatimə Ramazanova verib. Cəmilə Nəsirova bildirib ki, Fatimə Ramazanova övladına işgəncə verərkən tək olmayıb: “Roma adlı sevgilisi var idi. Fatimənin rəfiqəsi “TikTok”da Mələyə işgəncə verilən videonu paylaşmışdı. Oğlum hesaba daxil olaraq yazıb ki, həmin videonu silin, Mələyin üzü görünür. Ona cavab yazıblar ki, Mələyin qarın, qol nahiyələrinə Roma…

Read More