Bakıda aktyor əməliyyatdan sonra İFLİC OLDU
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub. Bu barədə Oxu.Az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib. O bildirib ki, atası fevralın 14-də “EGE Hospital”da spinal stenoz (bel kanalının daralması – red.) diaqnozu ilə əməliyyat olunub. “Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir”, – deyə o qeyd edib.
Read More