Hadisə 

Azərbaycanda mühafizəçi vəzifəli şəxsin kabinetində ÖLDÜ

Azərbaycanda bələdiyyə işçisi vəfat edib. “Unikal”ın əldə etdiyi məlumata görə, Ağcabədi şəhər bələdiyyəsinin mühafizəçisi Əliyev Yusif Zəynalabdin oğlu yeni sədr İsmayıl Rəsulov kabinetində olarkən vəziyyəti pisləşib və dünyasını dəyişib. Qeyd edək ki, İ.Rəsulov bir neçə gün əvvəl Ağcabədi şəhər bələdiyyəsinin sədri seçilib.

Read More
Hadisə 

Vəfat edən əsgər haqqında yeni DETALLAR

Ötən gün vəfat etdiyi barədə xəbər yayılan Müdafiə Nazirliyinin hərbi qulluqçusu əsgər Maqbet Məcidov barədə bir sıra detallar məlum olub. Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, Maqbet Məcidov 2003-cü ildə Bakı şəhərində anadan olub. O, orta məktəbi Bakıda bitirib. Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət gimnaziyasından məzun olan Maqbet 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub və burada rus dili müəllimliyi ixtisasını bitirib. Onun özündən başqa 2 qardaşı var. Böyük qardaşı tələbə, kiçik qardaşı 2-ci sinif şagirdidir. Maqbet Məcidov bu ilin yanvar ayında hərbi xidmətə yollanıb və fevralın 21-də ailəsinə vəfat etdiyi…

Read More
Hadisə 

Daşkəsəndə bir ailənin üç üzvü qidadan zəhərləndi

Daşkəsəndə biri yeniyetmə olmaqla 3 nəfər qidadan zəhərlənib. Rayonun Alunitdağ qəsəbəsə sakinləri 1987-ci il təvəllüldü Ş.Quliyev, 1990-ci il təvəllüdlü F. Quliyeva və 2013-cü il təvəllüdlü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara xəstəxanada yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirlir. Məlumata görə zəhərlənən şəxslər qidadan zəhərləniblər. Onların bir ailənin üzvi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Unikal)

Read More
Hadisə 

Bakıda gənc qız lyuka düşdü – VİDEO

Bakıda bədbəxt hadisə baş verib. Şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lyukun içinə düşüb. Sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar. Onların ilkin olaraq qızı xilas etmək cəhdləri boşa çıxıb. Bu səbəbdən sürücü olan yardımsevərlərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lyukun içindən çıxarmağa müvəffəq olub.//Bakuplus.az

Read More
Hadisə 

Bərdədə dəm qazından zəhərlənən 15 nəfərin vəziyyəti açıqlanıb – YENİLƏNİB

Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb. “23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub”. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. “Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir”. * 10:47 Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb. APA-nın yerli müxbirinin əldə etdiyi məlumata, zəhərlənənlərin siyahısı…

Read More
Hadisə 

Bərdədə minik maşını aşdı – ölən var – FOTO

22.02.2025-ci il tarixində saat 20:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (hər biri kişi cinsli olmaqla) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Elmir aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. 1999-cu il təvəllüdlü İsgəndərov Davud müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Qeyd edək ki, hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Read More
Hadisə 

Bakıda DƏHŞƏT: 4 dostun meyiti tapıldı

Bakıda 4 nəfərin meyiti tapılıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub. Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb. Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırmalar davam etdirilir./lent.az

Read More
Hadisə 

Təcili yardım maşınının vurub öldürdüyü oğlan tələbə imiş

Xəbər verdiyimiz kimi, Goranboyda təcili yardım maşını yolu qarşı tərəfə keçən 2004-cü il təvəllüdlü Cahangir Orucovu vurub. Hadisə Bakı-Qazax magistral yolunun Borsunlu kəndindən keçən hissəsində baş verib. Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib. Musavat.com xəbər verir ki, C. Orucov Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi imiş.

Read More
Hadisə 

Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb

Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib. PX-dən Musavat.com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində İbadov Vaqif İmanxan oğluna məxsus 1 ədəd lüləsi və qundağı kəsik ov tüfəngi, 2 ədəd F-1 markalı əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 1171 ədəd müxtəlif kalibrli patron və 1 ədəd siqnal tapançası Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində dəmiryolunun kənarında sahibsiz tikilinin yaxınlığında aşkar edilərək götürülüb. Əl qumbaraları Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More