Xocalıda mina partladı: Müharibə iştirakçısı yaralandı – FOTO
İşğaldan azad olunmuş ərazidə mina partlayıb. ARANTV.AZ APA-ya istinadla xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib. Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Read More