Hadisə 

Şəhid atası vəfat etdi

Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəfat edib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl onun səhhətində problemlər ortaya çıxıb. Şəhid atası bu gün axşam saatlarında Gəncədə həyatını itirib. Mərhum sabah Gəncənin “Təzə Səbiskar” adlanan qəbiristanlığında torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, M.Cəfərov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. “Vətən uğrunda” (ölümündən sonra), “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Read More
Hadisə 

Bakıda kişi liftdə öldü

Bakıda liftdə ölüm hadisəsi olub. Hadisə Nəsimi rayonu Ə.Qasımzadə küçəsindəki yaşayış binalarından birində qeydə alınıb. 54 yaşlı Qəzənfər Əlimərdan oğlu Abdullayev yaşadığı binanın liftində ürək çatışmazlığından ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. (Ajans.az)

Read More
Hadisə 

Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI: Aytən 8 aylıq hamilə imiş – TƏFƏRRÜATVİDEO

İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər. ARANTV.AZ Xəzər TV-yə istinadən məlumat verir ki, faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar. Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri…

Read More
Hadisə 

Bakı məktəbində bir qrup məktəbli şagirdi vəhşicəsinə döydü – ANBAAN VİDEO

Bakıda şagirdin bir qrup məktəbli tərəfindən döyülməsi hadisəsi ilə bağlı araşdırmalara başalnılıb. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib. “Bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır”,-deyə DİN rəsmisi əlavə edib. *** Bakıda orta məktəblərin birində şagird bullinqə məruz qalıb. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində baş verib. Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib. Hadisənin təfərrüatı bilinmir.

Read More
Hadisə 

Əsgərlikdən yeni gələn gənc faicəvi şəkildə öldü – FOTO

Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib. Hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib. Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ə.Soltanov reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə yeni qayıdıbmış. Faktla bağlı araşdırma aparılır. /”Unikal”

Read More
Hadisə 

“Saxta reseptləri rəngli printerdə hazırlayırdıq” – MƏHKƏMƏ İŞİ

Nizami rayonunda psixotrop tərkibli dərmanların əldə olunması üçün saxta reseptlər hazırlayan 3 nəfərdən ibarət dəstə üzvünün növbəti məhkəməsi keçirilib. Hakim Aytən Əliyeva iclasda  sənədlərin tədqiqinə keçib. Məlum olub ki, hər üç təqsirləndirilən şəxsdən psixotrop dərmanlar aşkar edilib. Müşfiq Şahbazovdan isə tərəzidə aşkar edilib. Həmçinin 2 nəfər hal şahidinin məcburi qayda da məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb. Məhkəmənin növbəti iclası 17 fevral tarixinə kimi təxirə salınıb. Qeyd edək ki, təqsirləndirilən şəxslərdən 2-si həbsdə, Əzizə Əliyeva barəsində isə “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. İttiham aktına görə, Nizami rayon Polis İdarəsinin…

Read More
Hadisə 

Qəbələdə çayda meyit tapıldı

Qəbələnin Savalan kəndində Türyan cayında qadın meyiti tapılıb. Aparılan araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1960-ci il təvəllüdlü Abdurəhmanova Maral Fətulla qızı olduğu məlum olub. İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya yıxılıaraq ölüb. Faktla bağlı araşdırma aparılır.//APA

Read More
Hadisə 

DİN: Ötən gün 60 cinayətin üstü açılıb

Fevralın 10-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Read More