Hadisə 

Gürcüstana işləməyə gedən azərbaycanlı hoteldə ÖLDÜ

Azərbaycan vətəndaşı Bolnisidə hoteldə dünyasını dəyişib. Regionpress.ge saytı xəbər verir ki, hadisə bu gün səhər baş verib. Məlumata görə, şəxsin vəziyyəti gecə saatlarında pisləşdiyi üçün qaldığı hotelə təcili yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən şəxsin Gürcüstana işləmək üçün getdiyi bildirilir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. Polis şəxsin kimliyinin müəyyən edilməsi məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyinə sorğu göndərib. Mərhumun bir azyaşlı övladı olduğu bildirilir.//Lent.az

Read More
Hadisə 

Masallıda bir ailənin FACİƏSİ: ölən və yaralananlar var

Masallıda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saatlarında Ələt-Astara magistralında, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Sütəmurdov kənd sakini 72 yaşlı Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ağır tonajlı (TIR) yük avtomobilinə çırpılıb. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər Lənkəran rayonunun Sütəmurdov kənd sakinləri 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Sürücü R.Kərimov…

Read More
Hadisə 

Xəzər dənizində itkin düşən balıqçının meyiti tapıldı

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb. Tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur. Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb. Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilirdi. (APA)

Read More
Hadisə 

Marşrut avtobusu yük avtomobili ilə toqquşdu: Yaralanan var – FOTO,VİDEO

Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Xudat reysi üzrə hərəkət edən avtobus yük avtomobili ilə toqquşub. Nəticədə sərnişinlərdən biri xəsarət alıb. O, təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb. Sərnişin avtobusuna da ciddi ziyan dəyib. Qəza zamanı avtobusda 51 sərnişin olub. Faktla bağlı araşdırma aparılır.//APA

Read More
Hadisə 

Avtomobili nömrəsiz və sürücülük vəsiqəsiz sürən şəxs: “Vallah, bir də etməyəcəm” – FOTO

Bəzi sürücülər inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı olmadan idarə edirlər ki, bu da qanuna ziddir və öz növbəsində inzibati məsuliyyət yaradır. Ötən gün paytaxtda Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi reyd keçirib. Reyd zamanı sürücü Şiraslan Qasımov avtomobilini nömrəsiz və sürücülük vəsiqəsinin vaxtı bitərək idarə etdiyi məlum olub. Avtomobili niyə nömrəsiz idarə edirsiz sualına sürücü nömrə bağlanan yeri işləmir deyərək özünə haqq qazandırıb. Polis əməkdaşları isə nömrəni yerinə bağlayaraq onun polisdən yayınma məqsədli bu hərəkəti etdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır./Milli.Az

Read More
Hadisə 

Lüksemburqda işləyən azərbaycanlının meyiti tapıldı

Lüksemburqda yaşayan azərbaycanlı auditor Vüqar Cəfərovun meyiti tapılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iki ilə yaxındır, “PWC” audit və konsaltinq şirkətinin bu ölkədəki ofisində çalışan 32 yaşlı Vüqarın hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil. Faktla bağlı Lüksemburqun aidiyyəti orqanları tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Vüqar Cəfərov UNEC-dən məzun olduqdan sonra müxtəlif şirkətlərdə maliyyə sahəsində çalışıb. O, 2 ilə yaxın imiş ki, Lüksemburqa köçübmüş.

Read More
Hadisə 

Qəbələdə AĞIR QƏZA – Ölən var

Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb. Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Read More