Azərbaycanda mayor VƏFAT ETDİFOTO
Daxili İşlər Nazirliyinin (DİN) mayoru vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, Adil Fətəliyev bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi bilinmir.//Oxu.az
Read MoreDaxili İşlər Nazirliyinin (DİN) mayoru vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, Adil Fətəliyev bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi bilinmir.//Oxu.az
Read MoreYanvarın 30-u Beyləqan rayonunun Birinci Aşıqlı kəndində baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan gənc ölüb. Rayonun Şərq qəsəbəsinin sakini 1999-cu il təvəllüdlü Novruzlu Fuad Zaur oğlu dünən müalicə olunduğu Beyləqan Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Qeyd edək ki, F.Novruzovun idarə etdiyi “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılmışdı. O, hadisə nəticəsində ağır bədən xəsarətləri almışdı.//qafqazinfo
Read MoreRusiyanın Tver vilayətində daha bir azərbaycanlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. Təhlükəsizlik qüvvələri saxta siqaretlərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Dəstənin tərkibinə dörd nəfər, o cümlədən iki təşkilatçı – 41 yaşlı azərbaycanlılar yerliləri E.Şərifov və İ.Əhmədov daxildir. Təqsirləndirilən şəxslər Yuxarı Volqa bölgəsindəki pərakəndə satış məntəqələrində qanunsuz tütün məmulatları satıblar. Saxta mallar Komintern küçəsi boyunca yerləşən anbarlarda saxlanılıb. Təhlükəsizlik qüvvələri qanunsuz dövriyyədən dəyəri 8 milyon rubldan çox olan 70 min qutu siqaret ələ keçirib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərə qarşı cinayət işlərinin başlanıb.…
Read MoreAğcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Reginal Qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb. E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb. Onun bir müddət əvvəl narkotikləri kultivasiyasi yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədi ilə özündə saxladığı müəyyən olunub. Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Read MoreGənc müğənni Aila Rai qəzaya düşüb. Şahdağdan qayıdarkən qəza keçirən müğənni bu gün “Baku City Hospital”a köçürülüb. Müğənninin prodüseri Aytən xanım Musavat.com-a açıqlamasında bildirib ki, Aila Rainin hazırda vəziyyəti yaxşıdır: “Bu gün Aila xanım əməliyyat olundu. Əməliyyat yaxşı keçdi. Hazırda durumu stabildir. Hər şey yaxşıdır. Deyildiyi kimi vəziyyəti kritik, ağır deyil”. Qeyd edək ki, müğənninin ağır qəzaya düşməsi barədə ilk məlumatı Primetime.az yayıb.
Read MoreSalyanda 4 nəfərin həyatını itirdiyi dəhşətli qəzanın bəzi detalları məlum olub. Musavat.com Baku TV-yə istinadən məlumat verir ki, avtomobildə olan Nərmin İsmayılova, onun 2 azyaşlı övladı və İsmayılovların qohumu olan sürücü Aqil Məmmədov hadisə yerində dünyasını dəyişiblər. Elşən İsmayılov isə 3 yaşlı oğlu ilə sudan çıxa bilib. “Elşən çox çalışıb, maşını üzüaşağı çevirməyə, ancaq alınmayıb. Maşının qapısını açıb uşağı qucağına alıb. Övladını qoyub kənara, sürücünü maşından çıxarıb. Görüb ki, artıq soyuqdur. Sonra digər oğlunu çıxarmağa çalışıb, nəfəs vermək istəyib, amma uşaq ayılmayıb. Qayıdıb övladı ilə həyat yoldaşını götürməyə, görüb ki, oturacağa…
Read MoreMingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib. Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov “Mercedes” markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə piyada hərəkət edən 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub. Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N. Hüseynova hadisə yerində vəfat edib. Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb. Qeyd edilib ki,…
Read MoreAbşeron rayonunda qətl hadisəsi baş verib. Rayon ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, dayısı 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.//APA
Read MoreVəkil Pərviz Məmmədov avtoqəzalarda tərəflərin barışığı ilə bağlı fikirlərini bölüşüb. Deyib ki, 7 yanvar 2025-ci ildə Ali Məhkəməsinin Cinayət Kollegiyası, Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkum olunmuş şəxsin işinə dair kassasiya şikayətinə və kassasiya protestinə baxıb. Məhkəmə prosessual tərəflərin hər birini dinləyərək və işin faktiki hallarını araşdıraraq, nəticədə məhkum barədə aşağı instansiya məhkəmələrinin çıxardığı qərarı dəyişdirilmədən qüvvədə saxlayıb. Vəkil Pərviz Məmmədov Musavat.com-a deyib ki, məhkəmə işinin məzmunu, faktiki halları və Ali Məhkəmənin yekun mövqeyini şərh edib. ”İşin faktiki hallarına görə, hadisə 19 may 2022-ci il tarixdə Xızı-Giləzi yolunun…
Read MoreDünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Aqil Məmmədov maşında olan 1983-cü il təvəllüdlü sərnişin Elşən İsmayılovun bibisi oğlu imiş. Belə ki, gecə saatlarında qardaşıgildə baş tutan qonaqlıqdan çıxan Elşən İsmayılov ailə üzvləri ilə birgə Aqil Məmmədovun maşınına əyləşərək Seyidlər kəndindən qonşuluqda yerləşən və yaşadığı Dayıkənd kəndinə yola düşüb. Lakin bir neçə dəqiqə sonra onların olduğu avtomobil kəndin içindəki su kollektoruna düşüb. Nəticədə E.İsmayılovun 1990-cı il təvəllüdlü həyat yoldaşı Nərmin İsmayılova, onun 2010-cu il…
Read More