Hadisə 

“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza – Ölənlər var

Bakıda ağır yol qəzası baş verib. Qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində – “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Qafqazinfo)

Read More
Hadisə 

Cabir İmanov dünən bu toyda imiş – Video

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor dünyasını dəyişib. ARANTV.AZ  xəbər verir ki, aktyor ötən gün toy məclislərindən birində qonaq qismində iştirak edib. Onun toyda rəqs etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Read More
Hadisə 

Toyda tər yerinə qan axdı – İsmayıllıda

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib. Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri – 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Oxu.Az

Read More
Hadisə 

Qubada baş verən yol qəzasında sürücü ölüb, daha bir nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb. Avtomobildə olan sərnişin – 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More
Hadisə 

İmişlidə toyda zəhərlənənlərin əksəriyyəti xəstəxanadan evə buraxılıb

İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb. Bunu “Report”un Muğan bürosuna İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib. “Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə – botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb”, – şöbə müdiri bildirib. Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət…

Read More
Hadisə 

Gizir “Xanı”nın minaya düşdüyü ərazidən görüntülər- Video

Xəbər verdiyimiz kimi, kəşfiyyatçı “Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub.  Hadisə Mirəşelli kəndində minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində baş verib. Bir az əvvəl Səyyaf Əhmədovun nəşi ANAMA əməkdaşları tərəfindən keçmiş neytral ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə yerindən görüntüləri təqdim edirik: Qafqazinfo.az

Read More
Hadisə 

İsmayıllıda avtomobil aşdı – Ölən var

İsmayıllıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kürdeldarbəyli və Gideyli kəndləri arasında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Read More