Hadisə 

Namizədliyi qeydə alınan şəxs ÖLDÜ

“Bu günə qədər bələdiyyə seçkisində 755 nəfər namizəd kimi qeydə alınıb”. Bunu Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında qurum sədri Məzahir Pənahov deyib. O bildirib ki, bir nəfər dünyasını dəyişdiyindən 754 nəfər namizəd qalıb: “Ümumilikdə, 15 min 886 nəfər namizədlik üçün müraciət edib. 6 min 889 nəfər vərəqələrini götürüb. 2 079 nəfər isə imza vərəqələrini qaytarıb”. (Oxu.Az)

Read More
Hadisə 

Vəfat edən aktyorun xanımından açıqlama: “Yaşamaq istəyirdi, amma…”

“Yalçının təzyiqi düşüb. Həkimlər nə qədər çalışsalar da, onun təzyiqini qaldıra bilməyiblər”. Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimovun həyat yoldaşı Səbinə Səlimova deyib. O bildirib ki, həyat yoldaşı həm də dializ xətəsi imiş: “Dializ olunanda təzyiqi enib. Baxıblar ki, vəziyyəti pisdir, reanimasiyaya yerləşdiriblər. 3 gündür orda idi. Yanına da buraxmadılar. Gecə saat 4:00-da xəbər etdilər ki, Yalçın dünyasını dəyişib. Onun ciyərləri dəyişəndən sonra yaxşı idi, amma ötən il qəfildən sarılıq keçirdi. Onda həkimlər stend qoydu. Stendən sonra böyrəkləri iflas etdi”. Səbinə Səlimova həyat yoldaşının çox əziyyət…

Read More
Hadisə 

Bakıda İran vətəndaşından dəhşətli əməl – belə ifşa olundu – VİDEO

Bakıda İran vətəndaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü İran vətəndaşı Rəhmət Cəbrayilnecad paytaxt ərazisində tutulub. Onun yaşadığı evə baxış zamanı külli miqdarda heroin, 450 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. R.Cəbrayilnecad ifadəsində narkotik vasitələri Yasamal rayonu ərazisində gizlədilmiş yerdən əldə etdiyini və onları müxtəlif ünvanlara çatdırmaqla maddi qazanc əldə etmək məqsədi güddüyünü etiraf edib. O, narkotik vasitələrin əsas tədarükçülərindən biri olub və əvvəllər də narkotiklə bağlı cinayətlərdə adı çəkilib. Faktla bağlı cinayət…

Read More
Hadisə 

Hərbçimiz minaya düşdü

Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu gün saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb. Məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Traktor aşdı, 17 yaşlı sürücü ÖLDÜ

Qazaxda yol-nəqliyyat hadisəsi olub, ölən var. Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Ağdaşda evdən meyit AŞKARLANDI

Ağdaşda evdən meyit aşkarlanıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Ağdaş rayonunda 1 nəfərin fərdi yaşayış evində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar DYMX-nın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

Tovuzda 62 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma APARILIR

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı prokurorluqda araşdırılır. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır. Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

Read More
Hadisə 

Bakıda bu çoxmərtəbəli bina hər an çökə bilər – VİDEO

Bakının Suraxanı rayonu, Zıg qəsəbəsi, Hətəm Allahverdiyev 39 ünvanındakı binanın sakinlərinin bir hissəsi köçürülsə də, digər hissəsi hələ də həmin ünvanda yasayir. Milli.Az bildirir ki, binaya istilik verilməməsi sakinlərin vəziyyətini daha da çətinləşdirib. Evlərin divari çatlayıb, bəzi hissələrdə çökmələr baş verib. Sakinlər bildiriblər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlayiblar. Suraxanı Rayon İcra Hakimiyyətindən qəzalı bina ilə bağlı Fövqeladə Hallar Nazirliyinin müvafiq qərarı olduğu bildirilib. ARB-nin “Günə Son” verilisi mövzunu işıqlandırıb. Ətraflı reportajda:

Read More
Hadisə 

Azərbaycanda blogerin estetik əməliyyatdan sonra evində MEYİTİ TAPILDI

Bloqer Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.   ARANTV.AZ Oxu.Az-a istinadən xəbər verir ki, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.   Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.   Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar. N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.

Read More