Hadisə 

Tovuzda 62 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma APARILIR

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı prokurorluqda araşdırılır.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd olunub ki, xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.

Daha çox xəbərlər