Abşeronda ər-arvadı maşın vurdu – biri öldü – VİDEO
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub. Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisənin “VAZ” markalı avtomobil tərəfindən törədildiyi bildirilir. Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır./Milli.Az/
Read More