Bakıda DƏHŞƏT: İt sahibini parçalayıb öldürdü
Bakıda it öz sahibini parçalayaraq öldürüb.
Hadisə Xətai rayonu, NZS qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 70 yaşlı Ə.Y-nın saxladığı “Alabay” cinsli itlər ona hücum edib.
Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb.
Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib.
Qonşuların bildirdiyinə görə, Ə.Y biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb. (lent.az)