Hadisə 

SON DƏQİQƏ: Naxçıvanda avtobus dərəyə aşıb, 16 yaralı var – VİDEOYENİLƏNİB

Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub. İlkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. (APA) *** Naxçıvanda ağır yol qəzası baş verib, 15-dən çox yaralı var. Musavat.com-un APA-ya istinadla xəbərinə görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var. Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.

Read More
Hadisə 

Bacı-qardaşın öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Fakta görə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 vəya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb. İbtidai istintaq aparılır. Qeyd edək ki, hadisə dünən səhər saat 08 radələrində baş verib. Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar…

Read More
Hadisə 

İrandan 16 kq narkotikin ölkəyə keçirilməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev Hüseyn Rafiq oğlu saxlanılıb. Ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı

10 gün fərqlə Azərbaycanda 2 qumar şəbəkəsinin ifşası ilə bağlı xəbər yayıb. Hər iki şəbəkənin 10 milyonlarla manat dövriyyəsi olub. Həbs olunanlar isə qumarı biznesə çevirən gənclərdir. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib. Eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən,…

Read More
Hadisə 

Milli Qəhrəmanın anası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Fariz Qəhrəmanova ağır itki üz verib. Onun anası Tahirə xanım yaşadığı Bərdə rayonunun Xəsili kəndində vəfat edib. Qeyd edək ki, F.Qəhrəmanov 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

Read More
Hadisə 

Hacıqabulda velosipedçini TIR vurub öldürdü

Hacıqabulda TIR velosipedçini vuraraq öldürüb. Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində baş verib. Velosipedlə hərəkətdə olan Atbulaq sakinini iri tonnajlı yük avtomobili vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Nizami rayonunda ev yanır – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək. Error loading media: File could not be played

Read More
Hadisə 

Bakıda qənd sexində döşəmə çöküb- Ölən var

Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib. Sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb. Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Read More
Hadisə 

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb. Hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib. Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Polis Daşkəsən dağlarında narkoşəbəkənin üzvünü yaxaladı – ƏMƏLİYYAT DAVAM EDİR

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir. DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, Zamin Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.…

Read More