Hadisə 

Qapını açmadı, əlil sərnişini döydü – Bakıda avtobus sürücüsü cəzalandırıldı

Bakıda əlil sərnişini döyən 162 saylı avtobusun sürücüsünə cəza verilib. Hadisə 2024-cü il avqustun 16-da, günorta saatlarında baş verib. Belə ki, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Mərkəzi küçəsində V.D. əlilliyi ilə əlaqədar arxa qapıdan avtobusa minmək istəyib. Zərərçəkmiş şəxs qapının şüşəsini əli ilə döysə də, avtobusun 1990-cı il təvəllüdlü sürücüsü B.H. onu açmayıb. Bu səbəbdən əlil sərnişin çətinliklə ön qapıya gələrək sürücüyə “İnsafın olsun, niyə arxa qapını açmırsan” deyib. Sürücü əsəbi halda avtobusdan enərək, onu ağız nahiyəsindən vurub. Nəticədə zərəçəkmiş şəxs yerə yıxılıb, sərnişinlər onu ayağa qaldırıblar. Sərnişinin şikayəti əsasında…

Read More
Hadisə 

Sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb

Ordubadda sirkədən zəhərlənən 54 yaşlı qadın ölüb. APA xəbər verir ki, hadisə rayonun Aşağı Əndəmic kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Hacıyeva Bəyim Ələkbər qızı sirkə içib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Bakıda 74 minlik DƏLƏDUZLUQ – Üç nəfər SAXLANDI

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74 500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, polis əməkdaşları dələduzluğa məruz qalan vətəndaşların müraciətləri əsasında əməliyyatlar keçiriblər. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2 530 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov,…

Read More
Hadisə 

Bakıda şirkət ofisində qadın ərinin sevgilisini döydü

Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına hökm oxunub. “Qaynarinfo”nun məlumatına görə, 1984-cü ildə Bakı şəhərində anadan olmuş M.N. adlı qadın Bakıda fəaliyyət göstərən şirkətlərin birinin ofisində A.N. adlı qadını döydüyü üçün saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb. M.N.-nın A.N.-i qısqanclıq səbəbindən döyməsi məlum olub. Belə ki, M.N.-in Elnur adlı həyat yoldaşı ilə A.N. arasında sevgi münasibəti olub. Qadın onların münasibətlərini sonlandırmaq üçün bıçaq götürərək şirkətə gedib. Qadınlar arasında əvvəlcə mübahisə olub və daha sonra M.N. əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq, ona xəsarət…

Read More
Hadisə 

Tovuzda iki qardaş faciəvi şəkildə öldü – TƏFƏRRÜAT

Tovuzda iki qardaş faciəvi şəkildə vəfat edib. Xezerxeber.az-ın məlumatına görə, rayona yas mərasiminə gələn qardaşların dəm qazından boğularaq öldükləri ehtimal edilir. Qardaşlar Sumqayıt şəhərində yaşayıblar. Onlar rayonun Əsrik Cırdaxan kəndinə yas mərasiminə gəliblərmiş. 72 yaşlı Rafiq Bayramov və qardaşı 63 yaşlı Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar. Ancaq onlar dəm qazından boğularaq ölüblər. Yaxınlarının verdikləri məlumata görə, onların ata evində yatdıqları otaqdakı qaz sobasının borusunda quşlar yuva qurubmuş. Yatmazdan əvvəl qızdırıcını yandırıb, yuxuya gediblər. Səhər isə onların cansız bədənlərini bacıları aşkarlayıb. Hər iki qardaşın meyiti müayinə üçün Məhkəmə…

Read More
Hadisə 

TƏBİB bıçaqlanmış məktəblilərin vəziyyətini açıqladı

Bakıda bıçaqlanan 2 məktəblinin vəziyyəti məlum olub. ARANTV.AZ  xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 2007-ci il və 2008-ci il təvəllüdlü oğlanlar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. “Hər iki şəxsə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub və dərhal əməliyyata alınıb. Cərrahi əməliyyatdan sonra yaralılar tibb müəssisəsinin Cərrahi profilli reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır stabil qiymətləndirilir”, – qurumdan əlavə edilib.

Read More
Hadisə 

Bakıda şirkət rəhbəri həbs edildi- Yarım milyonluq fırıldaq

Bakıda fəaliyyət göstərən “Hodin Tour” turizm şirkətinin sahibi 1979-cu il təvəllüdlü Musa İsmayılov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M.İsmayılov barəsində İraq vətəndaşının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb. Müəyyən edilib ki, Musa İsmayılov bir neçə il əvvəl Bakıda qonaq olan İraq vətəndaşı Mohammedlə tanış olub. Onlar birgə iş qurmaq qərarına gəliblər və Musa ona iritutumlu avtobus alaraq birgə turizm işinə baş vurmağı təkif edib. Bu adla o, əcnəbi vətəndaşdan 318 000 ABŞ dolları, yəni 520 200 manat…

Read More
Hadisə 

Faciəvi şəkildə ölən gəncin sabah nişanı olacaqmış…VİDEO

Şəmkirdə 2000-ci il təvəllüdlü Anar Məşədiyevin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı təfərrüat məlum olub. Ölən gəncin atası Aydın Məşədiyev APA TV-yə açıqlaması zamanı bildirib ki, oğlu divara çıxıb iş gördüyü zaman yıxılıb və başının arxa hissəsi yerə dəyib: “Oğlum iş gördüyü zaman qəfil yıxıldı və başı yerə dəydi. Dərhal təcili yardım çağırdıq. Təcili yardımın hadisə yerinə gəlməsi təxminən yarım saat çəkdi. Onlar gələnə qədər oğlum həyətdə dünyasını dəyişdi”. Məlumata görə ölən gəncin sabah nişan mərasimi olacaqmış.

Read More
Hadisə 

Bakıda 11-ci sinif şagirdi BIÇAQLANDI

Bakı məktəbində bıçaqlanma hadisəsi olub. Söhbət Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalıq dayanacağı, keçid 1349 ünvanında yerləşən 322 nömrəli orta məktəbdən gedir. 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb. Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər. Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur./bizimmedia

Read More