Çay kənarında meyiti tapılan qadının kimliyi bilindi
Göygöl rayonunda çay kənarında meyiti tapılan qadının kimliyi müəyyənləşib. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan 1947-ci il təvəllüdlü Şərqiyyə Məmmədova olması müəyyən edilib. Ekspertizanın rəyinə əsasən, Ş. Məmmədova ürəktutmadan dünyasını dəyişib.
Read More